Məhkəmə qərarları › İş №3(012)-1/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1/2024 09.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Abıyev Elnur Elman oğlunun katibliyi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 499.2-ci ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00687/23 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli, 34/012/000508 nömrəli raporta əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013cü il tarixli, 244 nömrəli Qərarı ilə “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(012)-541/2023 nömrəli qərarı ilə "xxxx" MMC tərəfindən törədilmiş İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-336/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(012)-541/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 3(012)-541/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi həmin qərardan da şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-586/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(012)-541/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və AZ Texnika LTD» MMC –yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “AZ Texnika LTD» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100- 00687/23 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000508 nömrəli raporta qeyd edildiyi kimi “AZ Texnika LTD» MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada daxil olan sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-i tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ünvanlanaraq işlərin davam etdirilməsi ilə əlaqədar **********8520, 120078522, 120078523, 120078524, ********* və ********* YGB-lər üzrə müvəqqəti idxal(ixrac) son müddətinin uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması və ya bu əraziyə qaytarılmaması inzibati məsuliyyətə səbəb olur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşeron ravonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Almaniyadan daxil olmuş səhnə ücün dekorasiyalar yükü **********8522, **********8527, **********8520, **********8525. **********8523, **********8524 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Bas Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti 01,05.2014-cü il tarixədək uzadılmışdır. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********8522, **********8527, **********8520, **********8525, **********8523, **********8524 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2014-cü il tarixində bitməsinə baxmayaraq **********8522, **********8527, **********8520, **********8525,**********8523, **********8524 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. xx.xx.2023-cü il tarixli, 00100-00687/23 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000508 nömrəli raporta qeyd edildiyi kimi "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına riayət edərək, ən geci 36 ay müddətinə kimi Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmalı, ya başqa gömrük prosedurunda bəyan etməli olduğu halda, müvəqqəti ixracın son tarixi xx.xx.2014-cü il tarixədək Azərbaycanın gömrük ərazisinə geri qaytarmamışdır. Bu halın təsdiqi üçün Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada apellyasiya instansiyası məhkəməsinə daxil olan sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-i tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ünvanlanaraq işlərin davam etdirilməsi ilə əlaqədar **********8520, 120078522, 120078523, 120078524, ********* və ********* YGB-lər üzrə müvəqqəti idxal(ixrac) son müddətinin uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. "xxxx" MMC-nin rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə ölkəyə gətirilmiş və qeyd edilmiş avadanlıqlar barədə heç bir məlumatları yoxdur. Tərəflərindən belə bir avadanlıqlar idxal edilməmiş və şirkətin balansında mövcud deyildir. Halbuki, Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş sənədlərdə bunun əksi qeyd edilir. Məhkəmə iclasında "xxxx" MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Məhkəmə "xxxx" MMC -nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, inzibati xətanın predmeti olan səhnə dekorasiyalarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 723330,57 manatın 70 faizi həddində 506.331 (beş yüz altı min üç yüz otuz bir) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar