Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-10/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X2 iştirakı ilə X2 TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2020-ci ildə yaşadığı Mehdiabad qəsəbəsindən Bakı şəhərində yerləşən 328 - saylı hərbi silah təmiri müəssəsinə öz iş yerinə səhər saat 6 radələrində gedərkən, Binəqədi rayonu Rəsulzadə qəsəbəsindən öz şəxsi VAZ-21QZd/n **-BE-*** ilə keçdikdə YPX-nin əməkdaşlarının qanunsuz hərəkətləri ilə üzləşmişdir. Belə ki, YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılmış və heç bir narahatçılığın olmadığı ona bildirilərək sənədləri özünə qaytarılmışdır. O, yoluna davam etdikdə kənarda duran əməkdaş o birisinə işarə verərək yenidən sənədləri əlindən alınmış və maşından düşməyi tələb olunmuşdur. O, xahişinə görə alkotesdən keçirilmiş və heç nə göstərməmişdir.Protokol tərtib olunsada ona göstərilməmiş və ona verilməmişdir. Sübh tezdən olduğundan istənilən məbləği verə bilməmişdir.Baxmayaraq ki o, inadkarlıqla Bakı şəhəri və Abşeronda istənilən tibb müəssəsində alkotesdən keçməyi xahiş etsə də buna əməl edən olmamışdır. Əməkdaşlardan biri ona şəhər X9 getməyi,orada 19 nömrəli otaqda Emin müəllimi şəxsən görməyi tövsiyyə etmişdir. Ertəsi gün o, şəhər yol polis idarəsində Emin müəllimə yaxınlaşaraq 392 nömrəli YPX-nın əməkdaşlarının qanunsuz hərəkətlərindən və narazılıqlarını bildirmişdir. Polis məmuru bütün baş verənləri nəzərdən keçirtdikdən sonra ona bu işin 400 manat xərci olduğunu bildirmişdir.Nəticədə işini itirmiş, maddi və mənəvi sıxıntılar keçirmiş iki şəhid vermiş ailəsi xüsusən pandemiya dövrü ağır sıxıntılara məruz qalmışdır.YPX əməkdaşlarının ona qanunsuz hərəkətlərindən xx.xx.2020 ci ildən X8 Cənab V.Eyvazova müraciət etmişdir. Onun müraciətini Nazirlikdə araşdırılarkən Emin müəllim 392 nömrəli Polis əməkdaşlarının müdafiəsinə çıxmağa məcbur oldu xx.xx.2020 ci il tarixdə onun barəsində “İnzibati tənbeh vermə” haqqında TP ******* nömrəli qərar imzaladı və surəti xx.xx.2020 ci il tarixdə ona çatdırıldı. Belə ki, o, şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Bakı şəhər BPİ-nin Dövlət X9 məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə, eyni zamanda telefonla protokolu tərtib etmiş şəxsə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Bakı şəhər BPİ-nin Dövlət X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokola əsasən vətəndaş X3 xx.xx.2020-ci il tarixdə saat 06:03 dəqiqədə “Azadlıq” prospekti ərazisində VAZ 2104 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında materiallar məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməli, TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə qəbul olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-10/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-10/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver