Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-10/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, X1 və inzibati xəta haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis-leytenantı X4 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis-leytenantı X7 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polisleytenantı X7 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, 35BJ153 dövlət qeydiyyat nişanlı avtomobillə Höküməli-Qobu yolunda, öz yolumda hərəkətdə olarkən X5 idarə etdiyi “VAZ 21150” markalı, 10NS615 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 5-ci bəndinin tələblərini pozaraq heç bir xəbərdarlıq işarəsi vermədən, həmin Qanunun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq “manevr təhlükəsiz olmalıdır” və “hərəkətin digər iştirakçılarına maneə yaratmamalıdır” qaydasına, həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1) bəndi, Vİİ maddəsinin 1) bəndinin tələblərini pozaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağan olunduğu halda həmin xətti kəsib keçməklə özündən qabaqda hərəkətdə olan nəqliyyat vasitəsini ötməyə başlayıb, əvvəlcə özündən sol tərəfdə olan nəqliyyat vasitəsinin açılmış vəziyyətdə olan qapısı ilə toqquşduqdan sonra onun avtomobilini qabaq sağ hissədən onun hərəkət zolağında vuraraq zədələmişdir. Həmin sürücü iki nəqliyyat vasitəsinə ziyan vurduğu halda işin araşdırmasını aparan polis əməkdaşları isə həmin əməli təhrif etmiş, hadisədə onun təqsirkar olduğunu bildirmiş və barəsində xx.xx.2022-ci il tarixli, TP5201153 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Həmin qərar qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və hadisədə təqsirkar olan şəxs məsuliyyətdən kənarda qaldığı halda, heç bir təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Sözügedən qərarı elektron qaydada xx.xx.2022-ci il tarixdə AR DİN BDYPİ-ə ünvanladığı şikayət ərizəsi ilə (əlavə olunur) mübahisələndirdiyinə görə, tətbiq olunan prosessual müddəti ötürməmişdir, lakin polis əməkdaşlarının hərəkətsizliyi nəticəsində işin hazırki mərhələsində məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hadisədən sonra onun avtomobilinə də kifayət qədər məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamaq məcburiyyətindədir, digər sürücü isə heç nə baş verməmiş kimi məsuliyyətdən kənarda qalacaq. Onun pozulmuş hüquqları bərpa edilməlidir. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis-leytenantı X7 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis-leytenantı X7 bildirdi ki, X6 xx.xx.2022-ci il tarixdə saat 12:15 radələrində Hökməli-Qobu yolu 35BJ153 dövlət qeydiyyat nişanlı, Mercedes Benz 190 minik markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manver etmə qaydalarını pozmuşdur. Beləliklə, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası DİN Abşeron DYPİ-dən tələb edib nəzərdən keçirmişdir. İş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/3611 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz” markalı, 35BJ153 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, iş materiallarında olan: Abşeron DYP-nin polis leytenantı Rahim Abdalov tərəfindən qəbul edilmiş TP5201153 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tbbi müyainə protokolundan görünür ki, X6 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Yol hadisəsinin sxemindən görünür ki, X2 və protokolun əlavəsində göstərilənlərlə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Höküməli-Qobu yolunda “Mercedes Benz-190” markalı, 35BJ153 dövlət qeydiyyat nişanlı avtomobillə Vaz21154 markalı, 10NS615 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş yolun eni 7 m, Hökməli-Qobu qəsəbələri istiqamətində sağ və sol ehtiyat hissə torpaq örtüklü olmaqla 2 m enindədir. Yol üfüqü, asfalt örtüklü olmaqla hamardır, qurudur. Avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuşdur, orta hissədə üfüqi nişanlanma xətti və yol nişanları yoxdur. VAZ21154 markalı avtomobilin 60 km/saat olardı hərəkət üçün təhlükənin yaranma anı ötmədə olan zaman yaranmış, təhlükə yaranma andan nəqliyyat vasitələrinin toqquşma yerinə kimi qət etdiyi məsafə 1.5 metrdir. “Mercedes Benz-190” markalı avtomobil yarandığı yerdə 5 km/saatla hərəkətə başladıqdan sonra Vaz21154 markalı avtomobil artıq ötmədə idi. Vaz21154 markalı avtomoblin toqquşma yerinə kimi qət etdiyi məsafə 10 m olmuşdur. Mercedes Benz markalı avtomobilin dayandığı yerdən hərəkətə başlamış və dayandığı yerdən hərəkətə başlayaraq toqquşma yerinə kimi qət etdiyi məsafə 1.20 metrdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə iş materiallarını, iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyini tədqiq edib və CD diskə baxış keçirərək belə qənaətə gəlir ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmuşdur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polisleytenantı X7 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN Abşeron DYPİ-nin polis-leytenantı X7 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd edilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-10/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-10/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver