Məhkəmə qərarları › İş №3(012)-1002/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1002/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1002/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi X9, FAM-88 MMC-nin nümayəndəsi X3 iştirakı ilə Hüquqi şəxs FAM-88 MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair Azərbaycan Respublikası Prokurorluğundan daxil olmuş qərara Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş hüquqi şəxs FAM-88 MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair Azərbaycan Respublikası Prokurorluğundan daxil olmuş qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X12 (FİN: 4MT7NKT) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmələ gəldiyi halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X5 və X2 11.04.2021-ci il tarixdə Şəxs MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmədən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) - ünvan 2 ünvanında qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Prokurorluğunun nümayəndəsi X15 bildirdi ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X12 (FİN: 4MT7NKT) MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmələ gəldiyi halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X5 və X2 11.04.2021-ci il tarixdə Şəxs MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar, həmçinin X12, X5 və X1 izahatları, 12.04.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, eləcə də digər sənədlərlə təsdiqlənir. Belə ki, vətəndaş X7 Şəxs MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən X5 və X1 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı müəyyən edildiyindən, həmin xüsusatlara dair sənədlər hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinə göndərilmiş və idarə tərəfindən yoxlama aparılmışdır. Yoxlamanın gedişində izahatı alınmış Şəxs MMC-nin qanuni təmsilçisi X12 göstərmişdir ki, X4 və X5 ilə bağlanmış əmək müqaviləsinə dair bildiriş qeydiyyata alınmadan onları MMC tərəfindən inşa edilən yaşayış binasında fəhlə kimi işlərin görülməsinə cəlb etmişdir. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 18.3-cü maddəsinin tələblərinə əsasən, Şəxs MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq hüquqi şəxs “”Fam-88” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün inzibati xətanın törədildiyi yer Abşeron rayonunun inzibati ərazisi olduğundan baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) - ünvan 2 ünvanında qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını, xahiş etdi. FAM-88 MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında X4 və X5 ilə əmək müqaviləsi bağlandığını və elektron qaydada qeydiyyatdan keçdiyini bildirərək inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan FAM-88 MMC-nin icraçı direktoru X8 izahatından görünür ki, X4 və X5 11.04.2021-ci il tarixdə ona yaxınlaşaraq fəhlə kimi işləmək istədiklərini bildirdikdə onların istəklərini nəzərə alaraq şifahi qaydada fəhlə işləmələrinə icazə vermiş, onlar işləməyə başlamışlar. Bir neçə gün sonra Korruosiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gələrək həmin şəxslərlə söhbət zamanı onların əmək müqavilələrinin olmadığını bilmişlər. Hər iki şəxslə əmək müqaviləsi bağlamış, lakin bu müqavilələri əmək müfəttişliyində rəsmi qaydada qeydiyyatdan keçirməmiş və hüquqi qüvvəyə minməmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, FAM-88 MMC-nin rəhbəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192.1 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş hüquqi şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, FAM- 88 MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: FAM-88 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinsin və ona 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar