Məhkəmə qərarları › İş №3(012)-1002/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1002/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1002/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X1, zərərçəkmiş şəxs X4, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X5 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞnin polis leytenantı X7 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 3(012)-1002/2022 nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron X12 Şöbəsinin polis leytenantı X7 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron X12 Şöbəsinin polis leytenantı X5 TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilən şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 3(012)-1002/2022 nömrəli qərarının ləğv edilməsi, iş başqa hakim tərəfindən, yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edərək bildirdi ki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. İş üzrə hər hansı araşdırılma aparılmadan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qarşıda olan avtomobil heç bir işarə vermədən qəfildən maşını qarşısında saxlamışdır. Hadisə baş verən zaman onun avtomobilindən əvvəl iki maşın dayanmışdır. Onun maşınından sağda qarşı tərəfdə digər maşın dayanmışdır. Sol tərəfdəki maşınlar hərəkət edərək yolu boşaltmış və o, da maşını hərəkət etdirmişdir. Onun maşınından sağ tərəfdə qarşıda dayanan maşın da hərəkətə başlamış və anidən maşını yolun ortasında saxlamışdır. Nəticədə hadisə baş vermişdir. Həmin vaxt qarşı tərəfdə hərəkət edən nəqliyyat vasitəsinin qarşısına heç bir maneə çıxmayıb. Ona görə də Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmədə iştirak edən qərarından şikayət verilən Abşeron rayon Polis İdarəsi DYPŞnin polis leytenantı X7 bildirdi ki, 04 iyun 2022-ci il tarixdə ** DM *** dövlət qeydiyyat nömrəli və ** DN *** dövlət qeydiyyat nömrəli yol nəqliyyat vasitələrinin sürücüləri Bakı-Sumqayıt köməkçi yolunda Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcına daxil olmuşlar. Qarşıda olan ** DN *** dövlət qeydiyyat nömrəli "Honda” markalı maşın hərəkətdə olarkən anidən onun qarşısına maneə çıxdığından o, tormozlama aparmalı olub. Bunun nəticəsində ** DM *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü ara məsafəsini gözləmədiyi üçün onunla toqquşmuşdur. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmədə zərəçəkmiş şəxs qismində iştirak edən X8 bildirdi ki, xx.xx.2022-ci il tarixdə 23.27 radələrində özünə məxsus Honda CRV markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt Bakı istiqaməti ilə Masazır dairəsinə daxil olmaq üçün köməkçi yoldan daxil olduğu üçün gözləyərkən MG markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil arxa sol tərəfdən toqquşmuşdur. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmədə hadisənin görüntülərini əks etdirən kamera görüntülərinin olub olmaması barədə sorğuya cavabdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmədə araşdırma zamanı həm şikayət verən şəxsin, həm hadisədən zərəçəkmiş şəsxin, həm də protokol tərtib edən şəxsin izahatı alınmış və müəyyən edilmişdir ki, X1 şikayəti əsassızdır. Belə ki, 04 iyun 2022-ci il tarixdə saat 23.27 radələrində MG minik maralı ** DM *** dövlət qeydiyyat nömrəli və Honda markalı ** DN *** dövlət qeydiyyat nömrəli yol nəqliyyat vasitələrinin sürücüləri Bakı-Sumqayıt köməkçi yolunda Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcına daxil olmuşlar. Qarşıda olan ** DN *** dövlət qeydiyyat nömrəli "Honda” markalı maşın hərəkətdə olarkən anidən onun qarşısına maneə çıxdığından o, tormozlama aparmalı olmuşdur. Bunun nəticəsində ** DM *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü ara məsafəsini gözləmədiyi üçün onunla toqquşmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X3 inzibati xəta haqqında protokol ilə razı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP-nin polis leytenantı X5 TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50.1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin qanunun İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.1-ci maddələrilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 04 iyun 2022-ci il tarixdə ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masazır dairəsindən Bakı-Sumqayıt yolu istiqamətinə hərəkət edərkən qarşıda anidən maneə olduğu üçün dayanan nəqliyyat vasitəsinin arxa sağ tərəfi ilə ara məsafəsi saxlama qaydalarını pozmaqla Honda markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğunsuzluq müəyyən edilmiş, ona görə də şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar