Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1004/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 239-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 239-cu maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1762940 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 239-cu maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1762940 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol natamam olduğundan, düzgün tərtib edilmədiyindən material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 239cu maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1762940 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında inzibati protokol tərtib edilən şəxsin nümayəndəsinin imza etməkdən imtina etməsi qeyd edilsə də, iş materiallarından göründüyü kimi inzibati protokolun tərtib edilmə yeri və vaxtı barədə Şəxs MMC-yə məlumat verilməmişdir. Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan 05 may 2023-cü il tarixli xəbərdarlıq məktubunda isə inzibati araşdırmada iştirak etmək üçün İdarənin nümayəndəsinin 16 may.2023-cü il tarixdə,saat 10-da İdarədə olmaları bildirilmişdir.Beləliklə, göründüyü kimi tərti olunan protokol natamamdır.Bu əsas da isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1762940 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 239-cu maddəsi ilə inzibati xəta törədilməsi barədə MN1762940 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1004/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1004/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver