Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1005/2021 25.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-542/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X6 ilə cavabdeh Şəxs arasında Abşeron rayonu, Digah qəsəbəsi İcra Nümayəndəliyi tərəfindən 04 mart 2016-cı il tarixli nömrə akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 20 noyabr 2016-cı il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X5 anası X3 yanında saxnılması və 20 noyabr 2016-cı il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 (yüz yemiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-542/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs hal hazırda 4680,00 manat borcu vardır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X3 birgə nikahlarından anadan olmuş övladları ilə görüşməsinə maneə olmasını və maddi imkanın zəif olmasını əsas gətirərək icra sənədi üzrə borcunu ödəyə bilmədiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 542/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-542/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X6 ilə cavabdeh Şəxs arasında Abşeron rayonu, Digah qəsəbəsi İcra Nümayəndəliyi tərəfindən 04 mart 2016-cı il tarixli nömrə akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 20 noyabr 2016-cı il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X5 anası X3 yanında saxnılması və 20 noyabr 2016-cı il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 (yüz yemiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Alimentin tutulma müddəti 28 sentyabr 2020-ci il tarixdən hesablanmış və aliment tutularkən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə tutulan müvəqqəti alimentin nəzərə alınması qərara alınmışdır. Bununla yanaşı iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-542/2021 saylı, 12 fevral 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh Şəxs qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki iş üzrə qətnamə çıxarılana qədər müvəqqəti olaraq 20 noyabr 2016-cı il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X8, 29 avqust 2017-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il X1 üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin tutulma müddəti 28 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 25 iyun 2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1005/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1005/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver