Məhkəmə qərarları › İş №3(012)-1006/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1006/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1006/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 09 iyul 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuma görə Bakı şəhəri Binəqədi RPİ -nin 6-cı PB-nin sahə inspektoru polis baş leytenantı X3 tərəfindən inzibati xəta haqqında 21.12.2020-ci il tarixli, MN N-0912608 saylı protokol qəbul edilmişdir. O, həmin protokol ilə qəti şəkildə razı deyil. Belə ki, 21.12.2020-ciil tarixdə rayondan Bakı şəhərinə gələn zaman həmin cərimə məbləği ona tətbiq edilmişdir. Belə ki, onu yolda saxlayan sahə inspektoru polis baş leytenantı X3 rayondan gələ bilməməyimi və qaydanı pozduğunu ona irad bildirdikdə ona şəxsiyyət vəsiqəsini təqdim edərək dediyin qaydanın rayon vətəndaşlarına aid olduğunu, onun Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşadığını bildirmişdir. Onun şəxsiyyət vəsiqəsinə nəzər yetirdikdən sonra onu geri qaytardıqda o, DİN-nin 102 xidmətinə zəng gedərək mənim Bakıya gəlmək üçün heç bir qayda pozuntusuna yol vermədiyini bildirdikə DİN 102 xidməti də onun haqlı olduğunu demişdir. O, yoluna davam edərək evinə gəlmişdir. Onu da qeyd etməyi vacib bilir ki, 21.12.2020-ci il tarixli qərar mənə təqdim edilməmişdir. Qeydiyyat ünvanı üzrə Abşeron Rayon İcra və probasiya Şöbəsindən Orxan adlı icra məmuru onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu icra və probasiya şöbəsinə dəvət etmiş və bundan sonra həmin qərar və protokol ilə tantş olmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6, Abşeron rayon Dövlət Yol polis mayoru Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X2 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki iş materiallarında olan qərardan görünür ki, X4 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən hər qərara görə 200 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-cü maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X3 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin sahə inspektoru, polis baş leytnantı X1 21.12.2021-ci il tarixli, MN-0792464 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar