Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1008/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 xidməti baş inspektoru, polis kapitanı Babaşov Müşviq Əli oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnin YPXB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş İXP ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitənin təsiri altında idarə etdiyi “Tatra 815” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 24.06.2021-ci il tarixdə, saat 11:50 radələrində Bakı- Şamaxı yolunun 11-ci kilometrliyində manevr etmə qaydasını pozaraq sol tərəfdə düzünə hərəkət edən X1 idarə etdiyi “Nİssan X-Trail” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs X2 maddi ziyan vurmaqla müşayiət olunan yol-nəqliyyat hadisəsi törətmiş, ona görədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 xidməti baş inspektoru, polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən 24.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 xidməti baş inspektoru, polis kapitanı Babaşov Müşviq Əli oğlu bildirdi ki, Şəxs narkotik vasitənin təsiri altında idarə etdiyi “Tatra 815” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 24.06.2021-ci il tarixdə, saat 11:50 radələrində Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində manevr etmə qaydasını pozaraq sol tərəfdə düzünə hərəkət edən X1 idarə etdiyi “Nİssan X-Trail” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs X2 maddi ziyan vurmaqla müşayiət olunan yolnəqliyyat hadisəsi törətmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında onun tərəfindən 24.06.2021-ci il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə təqsirli bilməyərək izahatında bildirdi ki, o, 24.06.2021-ci il tarixdə sat 11:50 radələrində idarə etdiyi “Tatra” yük markalı, ** JR *** d.q.n yük avtomobili ilə Bakı-Şamaxı yolunun 11-ci km-də yolun sağ hissəsində hərəkət edərkən əvvəl sol yola keçmiş, sonra sağ yola keçib hərəkət edərkən qarşısındakı sərnişin avtobus qəflətən sola manevr edib sürətini azaldarkən onu arxadan vurmamaq üçün idarə etdiyi yük avtomobilini sola burmuş və sol sıraya çıxarkən solda gedən “Nissan X-Trail” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, diskə baxış keçirilən zaman hüquqlarını müdafiə etdiyi şəxs inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs idarə etdiyi “Tatra” yük markalı, ** JR *** d.q.n yük avtomobili ilə yolun sol hissəsinə keçərkən avtomobilin sol yan işığını yandırmış, daha sonra məcburiyyət qarşısında qalaraq yolun sağ hissəsinə keçmiş, qəsdən manevr etmə qaydasını pozmamış, əlavə olaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının 12-ci hissəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs sərxoşluq vəziyyətinin olmaması göstərilmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli, 4033 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxdur, Şəxs sidik nümünəsi götürülmüş, test üsulu ilə müayinə olunan zaman narkotik vasitə marixuana və mop qəbul etməsi göstərilmiş və inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müayinə aktında öz xətti ilə marixuana və kakos qəbul etməsini qeyd edərək imzasıyla təsdiq etmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş diskə baxış keçirərkən müəyyən etdi ki, Şəxs idarə etdiyi “Tatra” yük markalı, ** JR *** dövlət qeydiyyat yük avtomobilin sol yan işığını yandıraraq avtomobili yolun sağ hissəsindən sol hissəsinə keçirib hərəkət etmiş, təkrar yolun sağ hissəsinə keçib qarşısındakı sərnişin avtobusun arxasınca hərəkət edərkən yolun sağ hissəsində dayanmış avtomobil hərəkət edib avtobusun qarşısına keçib maneə yaradan zaman avtobusun sürücüsü sola manevr edib sürətini azaldarkən Şəxs idarə etdiyi “Tatra” yük markalı, ** JR *** dövlət qeydiyyat yük avtomobili ilə onu arxadan vurmamaq üçün idarə etdiyi yük avtomobilini sola qaçırmış və sol sıraya çıxarkən həmin sırada hərəkət edən “Nissan X-Trail” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs özünün deməsinə görə istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi “Tatra 815” yük markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 24.06.2021-ci il tarixdə, saat 11:50 radələrində Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində manevr etmə qaydasını pozaraq sol tərəfdə düzünə hərəkət edən X1 idarə etdiyi “Nİssan X-Trail” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs X2 maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Şəxs hərəkətinə qiymət verərkən aşağıdakı hüquq normalarına istinad edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 43-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacağına əmin olmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dispozisiyasına görə, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasına görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1008/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1008/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver