Məhkəmə qərarları › İş №3(012)-1009/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1009/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1009/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında onların səlahiyyətli nümayəndələri iştirak etməmiş, məhkəmədə iştirak etməmələrinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Lakin, Şəxs MMC elektron ərizə ilə məhkəməyə müraciət edərək, protokolun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Abşeron RPİ DYP şöbəsindən ** JM ***, ** PC ***, ** AG ***, ** JD ***, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat verilməsi üçün Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdə göndərilmiş sorğu Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə cavablandırılmış və xx.xx.2024-cü il tarixdə isə Abşeron RPİ DYPŞ-nin məsul şəxsi A.Əliyeva tərəfindən qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 cə 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin Abşeron rayon Məhkəməsinə daxil olmuş etiraz ərizəsindən görünür ki, Abşeron RPİ DYP şöbəsindən ** JM ***, ** PC ***, ** AG ***, ** JD ***, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat verilməsi üçün Şəxs MMC-yə xx.xx.2024cü il tarixdə sorğu göndərilmişdir. Həmin sorğu Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə cavablandırılmış və xx.xx.2024-cü il tarixdə isə Abşeron RPİ DYPŞ-nin məsul şəxsi A.Əliyeva tərəfindən qəbul edilmişdir. Daha sonra məlum olmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən (göndərilmiş sorğunun 5 gün ərzində cavablandırılmaması) xx.xx.2024 tarixində ** AG ***, ** JL *** və ** JM *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər biri 300 manat məbləğidə cərimə olunması barədə protokol tərtib olunmuşdur. Qanunsuz və əsassız olaraq tərtib olunmuş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirəm ki, protokolun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “NİSSAN SUNNY” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC-nin Abşeron RPİ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, AVT-XO-1452 saylı məktubundan görünür ki, “NİSSAN SUNNY” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X1 olması göstərilmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-si tərəfindən qəbul edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən göründüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən Şəxs MMC-nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “NİSSAN SUNNY” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, Şəxs MMC-nin Abşeron RPİ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla “NİSSAN SUNNY” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X1 olması göstərməklə, həmin məktub xx.xx.2024-cü il tarixdə Abşeron RPİ tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Şəxs hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar