Məhkəmə qərarları › İş №3(012)-101/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-101/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-101/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14.30 radələrində Abşeron rayonu Masazır kəndi, Ə.Vahid küçəsində sərxoş halda nalayiq ifadələr işlətməklə hadisə yerini müayinə edən polis əməkdaşlarının işinə mane olmaqla ictimai mühafizə qaydalarını pozmuş və buna mane olmağa çalışan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, iş materiallarında olan Zəngilan rayon DYPŞ-nin əməkdaşı X1 tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masazır qəsəbəsində xidmətdə olarkən motosikletin bir uşağı vurduğun görüb dərhal hadisəyə reaksiya vermişdir. Yerə düşən zaman digər vətəndaş içkili vəziyyətdə hadisəni törədən sürücüyə yumruq təpik atdığını görmüş, vətəndaşı nizam intizama dəvət etsələr də o, etik olmayan nalayıq sözlərdən istifadə edərək söyüş söyüb təhqir etməyə başlamışdır. O, vətəndaşı nizam intizama dəvət etsə də sonuncu öz çirkin əməllərindən dönməmişdir. O da məcbur olub hadisəylə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək,bildirdi ki, o, yaralı olan uşağa yardım etmək niyyətilə əməli törətmişdir, lakin sərxoş olduğundan həm də dava salmaqla nalayiq ifadələr işlətmişdir, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon DYPŞ-nin əməkdaşı X1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masazır qəsəbəsində xidmətdə olarkən motosikletin bir uşağı vurduğun görüb dərhal hadisəyə reaksiya vermişdir. Yerə düşən zaman digər vətəndaş içkili vəziyyətdə hadisəni törədən sürücüyə yumruq təpik atdığını görmüş, vətəndaşı nizam intizama dəvət etsələr də o, etik olmayan nalayıq sözlərdən istifadə edərək söyüş söyüb təhqir etməyə başlamışdır. O, vətəndaşı nizam intizama dəvət etsə də sonuncu öz çirkin əməllərindən dönməmişdir. O da məcbur olub hadisəylə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsi PPXB-nin polis serjantı Nuhbala Cavadov bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən saat təxminən 14 radələrində Əliağa Vahid küçəsində bir nəfər şəxsin baş vermiş yol nəqliyyat hadisəsi baş verən yerə sərxoş vəziyyətdə müdaxilə etdiyi və nalayiq söyüşlər söyməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə gedib həmin vətəndaşa özlərini təqdim etməklə onu nizam intizama dəvət etsə də, sonradan adının Rəvan olduğunu bildiyi şəxs öz əməllərinə davam etdiyindən, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Abşeron rayon Polis İdarəsi PPXB-nin polis serjantları Elsevən Behbudov və Əlislam Hümbətzadə digər şahid Nuhbala Cavadovla eyni məzmunlu izahat vermiş və həmin hadisəni əks etdrən videogörüntünü məhkəməyə təqdim etmişlər. Məhkəmədə həmin hadisəni əks etdrən videogörüntüyə baxış keçirilmiş və raportda qeyd olunan hallar təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Zəngilan rayon DYPŞ-nin əməkdaşı X1 tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masazır qəsəbəsində xidmətdə olarkən motosikletin bir uşağı vurduğun görüb dərhal hadisəyə reaksiya vermişdir. Yerə düşən zaman digər vətəndaş içkili vəziyyətdə hadisəni tördədən sürücüyə yumruq təpik atdığını görmüş, vətəndaşı nizam intizama dəvət etsələr də o, etik olmayan nalayıq sözlərdən istifadə edərək söyüş söyüb təhqir etməyə başlamışdır. O, vətəndaşı nizam intizama dəvət etsə də sonuncu öz çirkin əməllərindən dönməmişdir. O da məcbur olub hadisəylə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının müəyyən edilməsi barədə qərardan görünür ki, Şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 16.40 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 24 yanvar 2023-cü il, saat 16:40 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar