Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1011/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş İXMnin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22 noyabr 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan-Sunny” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP YNH baş inspektoru polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus, idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “Nissan-Sunny” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısının nəvəsini təhsil aldığı 3 saylı tam orta məktəbdən götürüb yaşadığı “Kristal-Abşeron 1” yaşayış kompleksinə aparmaq üçün M.Hüseynzadə küçəsindən dönərək Nizami küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən bir neçə metr yol qət etdikdən sonra avtomobilin qabaq hissəsi ilə yolun hərəkət hissəsindən soldan sağa doğru keçən qadını ehtiyatsızlıqdan vurmuş və qadın zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra həmin qadına küçədə olan tanımadığı şəxslərlə birlikdə kömək edərək onu xəstəxanaya aparmışdır. Hadisədən bir neçə dəqiqədən sonra ona Abşeron RPİ-dən zəng edərək idarəyə dəvət etmişlər və o, polisə gələrək hadisə ilə bağlı izahat vermişdir. İdarə etdiyi avtomobildən özündən və bacısının 7 yaşlı nəvəsindən başqa heç kim olmamışdır. Bundan başqa hadisə zamanı heç bir spirtli içki qəbul etməmişdir. İzahatının sonunda isə barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan-Sunny” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 xx.xx.2023-cü il tarixdə verilmiş 2548 nömrəli rəyindən görünür ki, 1956-cı il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı və sağ baldır nahiyyəsinin ölçülü qançır-şişkinliyi, sağ baldır nahiyyəsinin yuxarı 1/3-nin qançır-şişkinlik fonunda sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan-Sunny” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarəti yetirmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1011/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1011/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver