Məhkəmə qərarları › İş №3(012)-1011/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1011/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1011/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, X1 iştirakı ilə, X3 AR DİN Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən barəsində məlumatı olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində İXP6899527 nömrəli qanunsuz inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan yenə də İXM-nin tələbləri kobud şəkildə pozulmaqla onun bu barədə məlumatı olmadan xx.xx.2025-ci il tarixində İXP6899527 nömrəli qanunsuz inzibati xəta haqqında protokol əsasında elə həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixində barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Həmin qanunsuz qərarla İXM-nin 342.1.7-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İXM-nin və "Yol hərəkəti haqqında" Qanunma tələbləri pozulmaqla barəsində törətmədiyi yol hərəkəti qayda pozuntusuna görə tərtib edilmiş İXP6899527 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İlk öncə qeyd olunan İXP6899527 saylı protokol barəsində xəbəri olmadan tərtib edilmiş, sonradan həmin qanunsuz protokol əsasında TP ******* nömrəli cərimə qərarı qəbul edilməklə cərimə sistemə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində və ya başqa bir tarixdə tərəfindən İXMnin 342.1.7-ci maddəsinin tələbi pozulmayıb. Belə ki, onun idarə etdiyi avtomobilin (**-KG- *** qeydiyyat nömrəli) qeydiyyat nömrəsi hər zaman tərəfindən təmiz saxlanılıb. Lakin buna baxmayaraq, xx.xx.2025-ci il tarixində məlumatı olmadan və qanunun tələbini pozmadığı halda barəsində İXP6899527 saylı protokolun naməlum formada tərtib edilməsi, bu azmış kimi sonradan yenə də məlumatı olmadan TP ******* nömrəli cərimə qərarının qəbul edilməsi məndə əsaslı şübhələr yaradır. Qeyd edim ki, elektron kabinetdə həmin qanunsuz protokol üzrə İXM-nin 342.1.7-ci maddəsi ilə inzibati xətanın tərəfindən törədildiyini təsdiq edən hər hansı bir şəkil (foto) və ya video məlumat yoxdur. Barəsində məlumatı olmadan tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP6899527 saylı protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti ona İXM-nin tələbləri kobub şəkildə pozulmaqla təqdim edilməmişdir. Belə ki, barəsində məlumatı olmadan qanunsuz qəbul edilərək elektron sistemə yerləşdirilmiş xx.xx.2025-ci il tarixli, İXP6899527 saylı inzibati xəta haqqında protokoldan DİN-nin Baş X9 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində məlumatı olmadan tamamilə qanunsuz qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP6899527 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz protokoldan məhkəməyə şikayət verə bilməyi üçün cərimə qərarının surətinin rəsmi qaydada verilməsini və ya elektron poçtla mailto:shaiqkazimov@yandex.comElektron ünvan poçt ünvanına göndərilməsini xahiş etmişdi. Eyni zamanda həmin tarixdə DİN-nin Baş X9 İdarəsinə müvafiq vəsatətlə müraciət edərək, barəsində elektron qaydada şikayət verdiyi İXP6899527 nömrəli inzibati xəta haqqında protokola/qərara baxılanadək həmin qərarın icrasının İXM-nin 144.1-ci maddəsində göstərilmiş qaydada dayandırılmasını və bu barədə qəbul ediləcək qərardad haqqında ona dərhal yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın ona rəsmi qaydada verilməsini və ya elektron poçtla mailto:shaiqkazimov@yandex.comElektron ünvan e-mail ünvanıma göndərilməsini xahiş etmişdi. DİN-nin Baş X9 İdarəsi tərəfindən e-mail ünvanına xx.xx.2025-ci il tarixində daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-K- 43192 nömrəli cavab məktubunda xx.xx.2025-ci il tarixli, İXP6899527 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətin təmin edilmədiyi qeyd olunmaqla, barəsində məlumatı olmadan xx.xx.2025-ci il tarixində qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti ona e-mail vasitəsilə təqdim edilmişdir. DİN-nin Baş X9 İdarəsi tərəfindən barəsində qanunsuz İXP6899527 saylı inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi xx.xx.2025-ci il tarixindən bugünədək tərəfindən törədildiyi güman edilən, amma bügunədək sübuta yetirilə bilməyən inzibati xətanın nə foto, nə də ki, video görüntüləri ona təqdim edilə bilməmişdir. Bundan əlavə, bir neçə dəfə DİN-nin Baş X9 İdarəsindən həmin qərarla bağlı video və ya foto görüntünün ona təqdim edilməsini və ya iştirakı ilə həmin görüntüyə (əgər varsa) baxılmasını tələb etsə də, bügünədək həmin müraciəti nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İXM-nin 122.8-ci maddəsinin birmənalı tələbinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd etdiklərindən bir daha aydın olur ki, DİN-nin Baş X9 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, İXP6899527 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur, beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, həmin qərar əsasında DİN-nin elektron mərkəzi informasiya sisteminə yerləşdirilmiş İXP6899527 nömrəli protokol mərkəzi informasiya sistemindən silinməklə həmin inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməlidir. Barəsində məlumatı olmadan qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti onun mailto:shaiqkazimov@yandex.comElektron ünvan e-mail ünvanıma DİN-nin Baş X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin qərar əsasında DİN-nin elektron mərkəzi informasiya sisteminə xx.xx.2025-ci il tarixində yerləşdirilmiş İXP ******* nömrəli protokolun informasiya sistemindən silinməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 13 may 2025-ci il tarixə, saat 09:50-yə təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş X9 İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.1.7-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasını təsdiq edən sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, X3 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN Baş X9 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 342.1.7ci maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində AR DİN Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və iş baxılması üçün yenidən AR DİN Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar