Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1012/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25519521 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519501 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519507 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519502 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519491 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-63656 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25519521 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519501 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519507 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519502 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519491 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-63656 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə: 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). İş materialında olan şikayət ərizəsinə nəzər yetirərkən məlum olur ki, X3 tərəfindən şikayət düzgün tərtib olunmamış, belə ki, barəsində qəbul edilmiş qərarların ləğv edilməsi və yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə məhkəmə qərarları hazırki ərizəyə əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 -ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25519521 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519501 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519507 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519502 saylı, xx.xx.2024-cü il tarixli, EQ 25519491 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-63656 saylı inzibati xəta haqqında qəradan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1012/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1012/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver