Məhkəmə qərarları › İş №3(012)-1013/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1013/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1013/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5, Zərərçəkmiş şəxs X8 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdadiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6, RPİ-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X11 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X11 bildirdi ki, 02.06.2021-ci il tarixdə Şəxs həyat yoldaşı Yəmən Nuriyevanın tanımadığı şəxsə telefon vasitəsi ilə mesaj yazdığı üçün döymüşdür. Buna görə də Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 02.06.2021-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı Yəmən Nuriyeva telefonla onun tanımadığı şəxsə mesaj yazdığı üçün aralarında mübahisə düşmüş, o, Yəmənin qolundan tutaraq otaqdan çıxarmışdır. Hal-hazırda barışmamışlar. Sonda o, heç bir təqsirinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X13 izahatında bildirdi ki, Şəxsa ilə münasibətləri əvvəllər yaxşı olsa da, son zamanlar pisləşmiş, iki aya yaxındır ki, baldızı Nigarın mobil telefonunu istifadə etmiş, bu müddətdə əvvəllər baldızı ilə yazışan şəxsin yazılarına baxmış və ona cavab verərkən baldızı telefonu istəmiş və hesabına baxacağını söyləmiş, Nigar telefonda onun tərəfindən yazılan bütün mesajları anası Aidəyə göstərmiş, Telman evə gəldikdən sonra qaynanası Aidə hadisə ilə bağlı ona məlumat vermiş, bundan sonra Telman onun üstünə gələrək sol qolundan tutub bədənin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Sonda o, Şəxsdan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi X9 iş üzrə inzibati xəta tərkibi olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 müdafiəçisi X1 Telman Xanəhməd oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını bildirdi. İş materiallarına əlavə olunmuş Abşeron RPİ-nnin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 qəbul etdiyi 16.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki,Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Abşeron RPİ-nnin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 qəbul etdiyi 16.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan məhkəmə tibbi ekspertizasının 12.06.2021-ci il tarixli, 1171 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X8 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazunun qançırı-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə yəni 06.06.2021-ci il tarixdə qeyd olunan nahiyəyə əl ilə vurulma nəticəsində əmələ gələ bilərdi;sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Suqmayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar