Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1013/2022 07.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, inzibati protokolu tərtib etmişt Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, "xxxx" MTK-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2874/2021 saylı icra vərəqəsinə əsasən X3 ilə "xxxx" MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüququ tanınması, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil tərəflər arasında bağlanmış 20 iyun 2008-ci il tarixli, 341 saylı il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs1 təhvil verilməsi, "xxxx" MTK-dan 51000(əlli bir min) manat tutularaq X2 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4106/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC ("xxxx" MTK) ilə iddiaçı Zərərçəkmiş şəxs2 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 512 saylı Müqaviləyə əsasən cavabdeh "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçəsinin kəsişməsində 12 mərtəbəli yaşayış evinin, Vİ mərtəbə, ümumi sahəsi 97.7 kvadrat metr olan İV blok 22 saylı 3 otaqdan ibarət mənzil iddiaçı Zərərçəkmiş şəxs2 təhvil verilməsi və həmin mənzil üzərində Zərərçəkmiş şəxs2 sahiblik hüququnun tanınması vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması, mənzilin açarları Zərərçəkmiş şəxs2 təqdim olunsun, mənzilə giriş və mənzilin təmiri üçün planlaşdırma işlərinə manelər "xxxx" MTK-ya qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, PROGRESS-2016» MTK -dan 05 manat dövlət rüsumuna görə pul tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4749/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı X11 cavabdeh Progress-2016 MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Progress-2016 MTK Mülki Prosessual Məcəllənin 78.4 maddəsinə əsasən beş yüz manat miqdarında cərimə olunması, "xxxx" MMC ilə X13 arasında bağlanmış 27 iyul 2006-cı il tarixli, 124 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küç və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2-ci blok 20 saylı, 2 otaqlı mənzilə dair X13 ilə bağlanmış müqavilədən əvvəl və sonra başqa hər hansı şəxslə (bağlanmış bütün müqavilələr göstərilməklə) müqavilənin bağlanıb-bağlanmaması barədə məlumat Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə əldə olunması, qərardadın icra olunması Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2209/2021 saylı icra vərəqəsinə əsasən X14 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış xx.xx.2019- cu il tarixli, 248 saylı müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil tərəflər arasında bağlanmış 10 yanvar 2012-ci il tarixli il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs4 təhvil verilməsi, "xxxx" MTK-dan 19.944 manat manat tutularaq X8 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3015/2021 saylı icra vərəqəsinə əsasən 82610 manat (2019-cu ildən ödənilən məbləğ nəzərə alınmaqla) məbləğində pul vəsaitini özündə saxladığına və ondan faydalandığına görə 13 iyul 2015-ci ildən 13 aprel 2021 -ci il tarixədək olan 5 il 9 aylıq dövr üçün illik 5,0 faizlə hesablanmış faizlər qismində cəmi 22480,2 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən (indiki adı: "xxxx" MMC) tutularaq iddiaçı Zərərçəkmiş şəxs5 ödənilsin. İddia qalan hissədə təmin edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1603/2020 saylı icra vərəqəsinə əsasən ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair Zərərçəkmiş şəxs6 ilə "xxxx" MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair iddiaçı Zərərçəkmiş şəxs6 ilə cavabdeh "xxxx" MTK("xxxx" MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsi bərpa edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə X18 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə, "xxxx" MTK ilə X18 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, "xxxx" MTK ilə X17 bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və "xxxx" X15 arasında bağlanmış xx.xx.2018-ci müqavilə etibarsız hesab edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil Zərərçəkmiş şəxs6 sahibliyinə və istifadəsinə verilsin ,hər hansı maneçiliyin yaradılması "xxxx" MTKya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X1 və istifadə hüquqları tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi, Progress-2016” MTK-dan 40 manat məbləğində rüsuma gorə pul tutulsun, onun 10 manatı Zərərçəkmiş şəxs6, 30 manatı isə X12 verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-469/2022 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 12-ci mərtəbəsində ümumi sahəsi 59.45 kvadrat metr olan, 1 (bir) otaqlı, 91 saylı mənzil tərəflər arasında bağlanmış 28 fevral 2012-ci il tarixli il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs7 təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-397/2022 saylı icra vərəqəsinə əsasən iddiaçı X5 cavabdeh Progress-2016 MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Progress-2016 MTK Mülki Prosessual Məcəllənin 78.4 maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının, 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə X7 arasında bağlanmış 07 iyun 2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətinin təqdim olunması, 07 iyun 2013-cü il tarixli müqavilədən qabaq və ya sonra qeyd olunan qeyri-yaşayış sahəsinin X4 başqa hər hansı şəxslə (bağlanmış bütün müqavilələr göstərilməklə) müqavilə bağlanıb-bağlanmaması barədə məlumat Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə əldə olunması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3448/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 3-cü blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 31 saylı mənzilə və xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 5-ci blok 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 36 saylı mənzilə iddiaçı Zərərçəkmiş şəxs8 sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzillərin iddiaçıya təhvil verilməsi və mənzillərə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh Proqress-2016 Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1669/2021 saylı icra vərəqəsinə əsasən İddiaçı Zərərçəkmiş şəxs9 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 20 may 2007-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda ümumi sahəsi 72 kv.metr olan qeyri-yaşayış sahəsinin naturada yerinin müəyyən edilərək ayrılıb Zərərçəkmiş şəxs9 təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 20 manat rüsuma görə ödənilmiş pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs9 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3469/2021 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 74 saylı mənzilə dair Zərərçəkmiş şəxs10 sahiblik və istifadə hüququ tanınması, həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" MTK -nın üzərinə qoyulması, "xxxx" MTK -dan 10,40 manat dövlət rüsumuna görə pul tutulub Zərərçəkmiş şəxs10 verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-7873/2021 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs11 ilə "xxxx" MTK arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız sayılması, müqavilə üzrə ödənilmiş 25.000 (iyirmi beş min) manat və müqavilənin rəsmiləşdirilməsi üçün ödənilmiş 1600 (bir min altı yüz) manat pul "xxxx" MTKdan alınıb Zərərçəkmiş şəxs11 qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4056/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs12 ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativ arasında bağlanan 26 dekabr 2018-ci il tarixli, 62 №-li müqaviləyə əsasən həmin Mənzil Tikinti Kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzilin iddiaçı Zərərçəkmiş şəxs12 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 10 manat rüsuma görə ödənilmiş pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs12 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MMT(012)-44/2022 saylı icra vərəqəsinə əsasən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər ‘’Hayan-E’’ MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri. M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli mənzilin, həmin binanın 2-ci blokunun,11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzilin və həmin binanın 3-cü blokunun, 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv.metr olan,1 otaqlı,72 nömrəli mənzillərin hər hansı şəxslərə satılması və ya hər hansı formada özgəninkiləşdirilməsi, həmçinin, həmin mənzillərdə digər şəxslər tərəfindən təmir işlərinin aparılması cavabdeh ‘’Progress-2016’’ MTK-ya və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-282/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilə öhdəliklərinə əsasən ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 20 saylı mənzilin iddiaçı X16 təhvil verilməsi cavabdeh Proqress-2016 Mənzil Tikinti Kooperativinə həvalə edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4131/2021 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.metr olan, 7 nömrəli mənzilinə görə Əhməd (Şirinova) Turalə Fərman qızının ödəməli olduğu 2.230 (iki min iki yüz otuz) manat məbləğində qalıq pul "xxxx" MTK tərəfindən qəbul edilsin, həmin mənzil Əhməd (Şirinova) Turalə Fərman qızına təhvil verilsin. "xxxx" MTK –dan 10,40 manat dövlət rüsumuna görə pul tutulub Əhməd (Şirinova) Turalə Fərman qızına verilməsi qət edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru X20 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20 verdiyi izahatında göstərdi ki, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs qanuna zidd hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan icra vərəqəsinin tələblərini yerinə yetirməmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək icra vərəqəsini icra etməyi təkidlə tələb etsə də borclu borclarını ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ünvanına bildiriş göndərilsə də, o iştirak etməmişdir. Məhkəmədə "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1 -ci maddəsinin 1 -ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icräsı üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə belə hesab edir ki, barəsində inzibati üzrə icraat aparılan şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs üzürsüz səbəbdən icra etmir. Onun əməlində inzibati xətanın tərkibi vardır. Məhkəmə hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs tərəfindən icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1013/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1013/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver