Məhkəmə qərarları › İş №3(012)-1013/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1013/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1013/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X2nın və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşçı Nümayəndə iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi onunla əsaslandırmışdır ki, onun xəbəri və məlumatı olmadan barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin müdiri X7 tərəfindən barəsində 05 fevral 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Belə ki, bir müddət öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin Elməddin adlı əməkdaşı mənə zəng edərək onun icarədə olan Abşeron Rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsində tikinti aparmağını bildirmiş və ona həmin tikilinin videosunu göndərmişdir. O da həmin əməkdaşa tikinti ilə bağlı heç bir xəbəri olmadığını bildirmişdir. Bundan sonra ona heç bir məlumat verilməmiş və o da öz özlüyündə fikirləşmişdir ki, məsələyə aydınlıq gəlmişdir. Lakin bir müddət sonra yəni xx.xx.2025-ci il tarixdə Elektron İcra Xidmətindən ona məxsus mobil nömrəyə sms bildiriş gəlmiş, o xx.xx.2025-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşmış və orada ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin müdiri X7 tərəfindən onun barəsində 05 fevral 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarla o İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin müdiri X7 tərəfindən barəsində 05 fevral 2025-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşçı Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi daxilində, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xx.xx.2017-ci il tarixli, **********24 Reyestr nömrəli Çıxarışla icarənizə verilmiş, dövlət mülkiyyətində olan 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı ilə bağlı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edildiyi üçün barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla 500,0 manat inzibati cərimə tətbiq edilmişdir. Protokol və qəbul edilmiş qərara dair sənədlərin surətləri sifarişli poçt göndərişləri vasitəsilə şəxsin qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1 ünvanına göndərilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tələbləri pozulmuş və bu barədə akt tərtib edilmişdir. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, X5 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatı üzrə istifadə edilmir, halbuki, Torpaq Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulduğu kimi kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsinə dair məqsədlər üçün istifadə edilə bilər. Foto şəkillərdən də göründüyü kimi əsaslı tikinti işləri aparmaqla torpaqdan təyinatı üzrə istifadəsi həyata keçirilməmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. DƏDRX-nin xx.xx.2013-cü il tarixli ********** saylı çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsidir və X8 mülkiyyətindədir. Daşınmaz Əmlakın alqı-satqı xx.xx.2019-cu il tarixli AN-İ nömrəli ******* saylı müqaviləsindən görünür ki, X10 tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi X1. DƏDRX-nin xx.xx.2017-ci il tarixli **********24 saylı çıxarışından görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsidir və X5 hüquqi yüklü edilən şəxsdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X2 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* qərarından razı olmadığını bildirsə də təqdim edilən geniş görüntülü fotoşəkillərdə sonuncunun mülkiyyətində olan torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və həmin sahənin əkin sahələri kimi istifadə olunmaması müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi X5 mülkiyyətində olan 0,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti aparılmasına başlamazdan əvvəl yuxarıda qeyd edilən qanun normasının tələbinə uyğun olaraq torpağın kateqoriyasının dəyişdirilməsini həyata keçirmədən torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq dəmir konstruksiyalardan istifadə etməklə birqat daş hasar işləri aparılması ilə qanunvericiliyinin tələblərini pozmuş bu səbəbdən də barəsində əsaslı olaraq inzibati tənbeh tədbiri görülmüşdür. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlirəm ki, X3 mülkiyyətində olan 0,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq başqa məqsədlər üçün istifadə etməsi ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar