Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1015/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi»nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi mülkiyyətində olan nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta törədilmiş şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin nümayəndəsi Orxan Əliyev inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, təmsil etdiyi şirkətin mülkiyyətində olan «HYUNDAİ GRANDEUR minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta törətməsi barədə Saray Bələdiyyəsinə bildiriş daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sorğu məktubunun xx.xx.2024-cü il tarixdə «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi»nə çatdırılması və “E,Behbudov” adlı şəxs tərəfindən imza olunmaqla qəbul edilməsinə dair xəbərnamə əlavə olunsa da bildirir ki, şirkətin həmin şəxs adlı işçisi olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Dövlət X3 məktubu və müvafiq poçt qəbzindən görünür ki, MMC-yə təqdim olunmuş sorğu ilə «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi»nə məxsus «HYUNDAİ GRANDEUR minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 10:35-də inzibati xəta törətmiş şəxs barəsində şöbəyə 05 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. SX014280288AZ saylı xəbərnamədən görünür ki, Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğu məktubu xx.xx.2024-cü il tarixdə «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi»nə çatdırılmış və “E.Behbudova” adlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir; Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 27 aprel 2024-cü il tarixli, AP seriyalı ******* saylı protokoldan görünür ki, «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi» Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan məxsus «HYUNDAİ GRANDEUR minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində səlahiyyətli orqana vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi» Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin balansında olan avtomobilin sürücüsü barədə məlumatın verilməsinə dair sorğunun verilməsindən 05 ay müddət keçdiyindən törədilmiş inzibati xəta ilə əlaqədar inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi» Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1015/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1015/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver