Məhkəmə qərarları › İş №3(012)-1016/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1016/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1016/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2-429/2018 saylı, 22 iyun 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 (bir yüz) manat tutularaq 12 may 2007-ci ildə andan olmuş Həqiqət və 27 aprel 2011-ci ildə anadan olmuş Nadir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2-429/2018 saylı, 22 iyun 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 (bir yüz) manat tutularaq 12 may 2007-ci ildə andan olmuş Həqiqət və 27 aprel 2011-ci ildə anadan olmuş Nadir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməkdən boyun qaçırmadığını, ardıcıl ödənişlər etdiyini, lakin müvafiq ödəniş qəbzlərini icra məmuruna təqdim edə bilmədiyini və qeyd olunanları nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 yaranmış borcun tam şəkildə ödənilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs tələb etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Beyləqan Rayon Məhkəməsinin 2-429/2018 saylı, 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 (bir yüz) manat tutularaq 12 may 2007-ci ildə andan olmuş Həqiqət və 27 aprel 2011-ci ildə anadan olmuş Nadir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət edilmişdir. İş materiallarında olan məktublardan görünür ki, Şəxs adına heç bir əmanət hesabı, daşınmaz əmlak aşkar edilməmiş, pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən X3 10 yanvar 2021-ci il tarixdə 400 manat, 17 yanvar 2021-ci il tarixdə 400 manat, 19 mart 2021-ci il tarixdə 150 manat, 06 aprel 2021-ci il tarixdə 150 manat, 07 may 2021-ci il tarixdə 200 manat, 08 may 2021-ci il tarixdə 200 manat, 14 may 2021-ci il tarixdə 20 manat, 21 may 2021-ci il tarixdə 200 manat məbləğində ödənişlər edilmişdir. Belə ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi onun inzibati məsuliyyətə cəlb olunması üçün hələ əsas deyil. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar