Məhkəmə qərarları › İş №3(012)-1016/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1016/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1016/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X2 iştirakları ilə xx xxxxx 1994-ci il tarixdə Ağsu rayonu, Gürcüvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Laçın rayonu, Minkənd ərazi dairəsi, Minkənd kəndində qeydiyyatda olan Abşeron rayonu, Pirekeşkül qəsəbəsində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(002)-3495/2024 saylı icra vərəqəsinə əsasən 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla X1 hər ay sabit pul məbləğində 470 manat aliment tutularaq, X4 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı müvafiq tədbirlər görülsə də, icra sənədi üzrə olan borcun ödənilməsini təmin etmək mümkün olmamış, borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış verilmişdir. Qərəzli şəkildə öhdəliyin icrasından yayınan borclu Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraqşöbəyə təmin edilmiş, o müxtəlif bəhanələr gətirərəkaliment öhdəliyinin icrasından yayınmasına haqq qazandırmağa çalışmış, mülkiyyətində olan nəqliyyat vasitəsini tələbin yönəldilməsi üçün təqdim etməkdən imtina etmiş, səbəb olaraq istifadəsində olmadığını bildirmişdir. Hazırki vaxta qədər icra vərəqəsi üzrə yaranmış borcundan ödəniş etmişdir. Onun hazırda 2820 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, iş qabiliyyətinin olmadığını, bununla əlaqədar qazanc əldə edə bilmədiyini, özünün saxlanması və müalicə xərclərinin qohumları tərəfindən qarşılandığını bildirməklə aliment ödəyə bilmədiyini qeyd etmişdir. İcra məmurunun çağırışlarına gəlməkdən yayınmadığını, bunun həmin vaxtlar xəstə olması səbəbindən baş verdiyini bildirmiş, barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Qaradağ rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(002)-3495/2024 saylı icra vərəqəsinə əsasən 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində 470 manat aliment tutularaq, X4 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

2. Qaradağ rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(002)-3495/2024 saylı icra vərəqəsi 10 dekabr 2024-cü il tarixdə Laçın rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlama haqqında qərar qəbul edilmişdir;

3. Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində 03 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir

4. Qaradağ rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(002)-3495/2024 saylı icra sənədi üzrə tələbi icra edilməiyindən görə Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, həmin maddə inzibati xətanın qəsdən törədilməsini özündə ehtiva edir, məhkəmə prosesində isə borclu tərəfindən alimentin qəsdən ödənilməməsi halı müəyyən edilməmiş, onun qərəzli şəkildə ödəniş etməkdən yayınması sübuta yetirilməmişdir. Həmçinin yataq xəstəsi olması faktı icra məmuru tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında borclunun icra sənədii ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması, icra məmurunun çağırışlarına gəlməkdən qəsdən yayınması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına və ifadələrə əsasən müəyyən edilmişdir ki, borclu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq, şöbəyə dəvət edilmiş, lakin o, yataq xəstəsi olması ilə əlaqdar gələ bilmədiyini bildirmiş, məlumat icra məmuru tərəfindən dəqiqləşdirilmədən barəsində axtarış elan edilmişdir. Axtarış nəticəsində xx.xx.2025-ci il tarixdə borclunun şöbədə iştirakı təmin edilmiş, alimenti ödəməməsinin səbəbləri, qərəzli olması halları müəyyən edilmədən barəsində protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar