Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1018/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızı sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsiinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankından məhkəməyə daxil olmuş EP ******* nömrəli 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs ******* Rusiya rublu məbləğində vəsaiti 11 iyun 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də ******* Rusiya rublu məbləğində vəsaiti hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta 12 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1018/2022 nömrəli 19 iyul 2022-ci il tarixli qərarı ilə Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3049987.00 (üç milyon qırx doqquz min doqquz yüz səksən yeddi) Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 609997,40 (altı yüz doqquz min doqquz doxsan yeddi) Rusiya rublu məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və cərimə növündə tənbeh tədbirinin əsassızlığının təsdiq edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-1018/2022 nömrəli 19 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün materialın Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs 3049987.00 (üç milyon qırx doqquz min doqquz yüz səksən yeddi) rus rublunun müqabilində müvafiq malların ölkəyə idxalı baş vermədiyindən həmin vəsaitin geri qaytarılmasının həyata keçirilməsi, "xxxx" ASC vasitəsi ilə deyil, "xxxx" ASC vasitəsilə həyata keçirilmişdir və bu səbəbdən İXM-nin 430.4-cü maddəsi ilə Şəxs MMC-yə cərimə tətbiq edilməsi əsassız olmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinin tövsifedici əlaməti avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasından ibarətdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Şəxs kontraktla müəyyən edilmiş məbləğdə malların ölkəyə idxal edilməməsi səbəbindən xaricə köçürülmüş pul vəsaitlərinin AccessBank vasitəsilə geri qaytarıldığını göstərərək 5,499,999.00 və 4,000,010.00 Rusiya rublu məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixdə mədaxil olunmuşdur. Bunu təsdiq edən hesabdan çıxarış da mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1018/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1018/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver