Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1019/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nurueva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri X2 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 06 iyun 2022-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri kimi ona İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına görə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixdə mənə təqdim edilmişdir. Qərarla razı deyildir, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. İlk növbədə qeyd etmək istəyir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. O, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri olaraq müstəqil hüquqi şəxs deyilik, Abşeron Rayon X4 Hüquqi Şəxsin tabeliyində fəaliyyət göstərir və hər hansı təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsi daşımır. Hər hansı əmr və ya sərəncam vermək səlahiyyəti yoxdur. Yalnız Abşeron Rayon X4 Hüquqi Şəxsin rəhbərinin əmr, sərəncamlarına və göstərişlərinə tabedir. Xırdalan ASM-nin həyətyanı ərazisində məişət tullantılarının qalaqlanmasının pozulması və yandırılması halı baş verməmişdir. Qəbul edilmiş sözügedən qərardan görünür ki, orada söhbət yalnız məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasından gedir, lakin yandırılması barədə hər hansı qeyd yoxdur. Bu da özü özlüyündə Məcəllənin göstərilən maddəsinin tam tərkibinin yaratmamasına dəlalət edir. Qeyd edir ki, ümumiyyətlə ərazidə tullantıların qalaqlanması qaydası da pozulmamışdır. Təəssüflər olsun ki, səlahiyyətli şəxs göstərilən faktları araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə prosesində X3 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzi ərazi üzrə monitorinq keçirilən zaman Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həyatyanı ərazidə məişət tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması faktı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, inzibati xətanın törədilməsini təsdiq edən fotoşəkillər çəkilərək akta əlavə edilmiş, daha sonra şəxsə rəsmi qaydada məlumat verilməklə barəsində açılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi təklif edilmiş, lakin sonuncu gəlməkdən imtina edərək icraatda iştirak etməmişdir. Daha sonra törədilmiş inzibati xətaya görə Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdrinin vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokol əsasında qərar qəbul edilmişdir. Tərtib edilmiş həmin inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 67877 nömrəli aktdan görünür ki, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həyətyanı ərazisində müxtəlif növ məişət tullantılarının qalaqlanaraq yığılıb qalması faktı aşkar edilmişdir. Araşdırma zamanı qeyd edilən tullantıların həmin ünvanda fəaliyyət göstərən tibb müəssəsi tərəfindən yarandığı müəyyən edilmiş və aşkar edilmiş xətanın fotoşəkilləri çəkilərək akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli 21/22 saylı satınalma müqaviləsindən görünür ki, İcraçı- Abşeron RİH MKTİİTB Abadlıq və Kommunal Xidmətlər İdarəsi öz vəsaiti hesabına qurğu və avadanlıqlarla Sifarişçi-Abşeron rayon X4 hüquqi şəxsin tabeçiliyində olan Ailə Sağlamlıq Mərkəzlərindən məişət tullantılarının daşınmasını təmin etməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncam verici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Abşeron rayon X4 hüquqi şəxsin tabeçiliyində olan Ailə Sağlamlıq Mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Abşeron RİH MKTİİTB Abadlıq və Kommunal Xidmətlər İdarəsi üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həyətyanı ərazisində məişət tullantılarının qalaqlanması müəyyən olunmuşdur. Lakin bu inzibati xətanın məhz Xırdalan Ailə Sağlamlıq Mərkəzi tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan qeyri-qanuni tullantı boşaldılması və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həyətyanı ərazisində olmasını müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Xırdalan Ailə Sağlamlıq Mərkəzini inzibati məsuliyyətə cəlb etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında təklif ediləməsinə baxmayarq, qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi mübahisələndirilən qərarda qeyd edilmiş inzibati xətanı məhz Xırdalan Ailə Sağlamlıq Mərkəzi tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedik də, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibatitəsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hazırki işin faktiki hallarından göründüyü kimi, X3 ehtimal edilən hüquq pozuntusu aşkar edilmiş Abşeron rayonu, Xırdalan Ailə Sağlamlıq Mərkəzinə münasibətdə vəzifəli şəxs statusunda deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1019/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1019/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver