Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-102/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri “MD 23” qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan X12 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək, qızının əri Vüsal tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri “MD 23” qəsəbəsində kirayə yaşadıqları evdə əri Vüsal tərəfindən döyülməsi barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “MD 23” qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Bəlxi X3 yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisələri yaranmış, mübahisə həmin vaxt dava-dalaşa çevrilmiş, nəticədə Bəlxi X7 həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirməklə onu döymüşdür. Göstərilənlər alınmış izahatlarda və məhkəmə tibbi ekspertizasının müvafiq rəylərində öz təsdiqini tapmışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gülçinlə rəsmi olaraq ailə qurmuşdur. O, əvvəllər evli olub və ayrılıb. Əvvəlki evliliyindən bir oğlu var və oğlu İlqarda onunla biridikdə yaşayır. 29 dekabr 2022-ci il tarixdə Gülçin oğlu İlqarı məktəbə paltarını geyindirərək yola salmaması səbəbindən İlqar ona söyüş söymüş və Gülçin bu səbəbdən oğlu İlqarı vurmuşdur. Anası isə Gülçinə bununla bağlı iradını bildirmişdir. Bu hadisədən sonra Gülçin əvvəlcə atası ilə telefonda danışmışdır. Səhəri gün o və atası işdə olan zaman qaynatası Ülfət onlara gələrək anasına evdə kişi varsa çıxsın qabağına demişdir. Anası isə onların evdə olmadıqları səbəbindən Ülfətə küçədə gözləməsini demişdir. Onlar evə gələn zaman o, Ülfətlə görüşmüş və nə demək istədiyini soruşmuşdur. O, isə onunla və atası ilə mübahisə edərək yük maşını çağırmış və Gülçinin cehiz əşyalarını yığıb Gülçini də götürüb aparmışdır. O, 29 dekabr 2022-ci il tarixdə və ondan əvvəlki vaxtlarda Gülçini döymədiyini, həmin xəsarətin isə yaranmasının səbəbi kimi isə onu öpməsini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi şəxs həyat yoldaşı Bəlxi X4r. O, Vüsal ilə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Vüsal ilə ailə həyatı qurduqdan sonra onlar Xırdalan şəhəri, MD 23 qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamışlar. Vüsal ondan əvvəl evli olub ayrılmışdır. Həmin evlilikdən isə 1 oğlu var. Vüsal onunla ailə quran zaman əvvəlki həyat yoldaşı ilə münasibətlərinin olmadığını demişdir. Vüsal ilə ailə qurandan 1 ay sonra Vüsal, onunla mübahisələr etməyə başlamışıdır. Hətta demək olar ki, hər gün onunla münaqişə edərək döyürmüş ki, o evlərinə getsin. O isə ailəsinin dağılmasını istəməməsi səbəbindən döyülməsi ilə bağlı valideyinlərinə və polisə məlumat verməyib. Vüsal arada evə gəlməməyə başlamış və Vüsalın harada olması barədə onun məlumatı olmamışdır.O, sonralar təsadüfən Vüsalın mobil telefonuna baxan zaman Vüsalın telefonunda əvvəlki arvadı ilə olan görüntülərini görmüşdür. Bu barədə ona deyən zaman isə Vüsal əsəbləşərək onu döymüşdür. Atası 30 dekabr 2022-ci il tarixdə günorta saatlarında onların yaşadıqları evə gəlmişdir. Atası Vüsalın onu evləndikdən sonra mütəmadi döyməsini bildikdən sonra atası qaynatası Dostu Məhəmmədə zəng vuraraq evə çağırmışdır. Lakin qayınatası Dostu Məhəmməd evə gəlməyərək atasına Vüsalın onun barəsində son sözünü dediyini, ona görə də onu götürərək evlərinə aparmasını bildirmişdir. Buna görə atası yük maşını çağıraraq onun cehizlərini maşına yüklətdirmişdir. Həmin vaxt qaynatası, əri Vüsal və qardaşı Vüqar evə gəlmişlər. Orada onlar onun atası ilə mübahisə edərək onu təhqir etmişlər. O, əri Vüsal tərəfindən döyülən zaman qollarından və kürəyindən xəsarət almışdır. İnzibati xəta törədən Şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 12 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-ci il tarixdə verdiyi 23 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazu nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən 7-10 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “MD 23” qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Bəlxi X7 ilə yaşadıqları evdə şəxsi münasibətləri zəmnində mübahisələri yaranmış, mübahisə həmin vaxt dava-dalaşa çevrilmiş, nəticədə Bəlxi X7 həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Göstərilənlər alınmış izahatlarda və məhkəmə tibbi ekspertizasının müvafiq rəylərində öz təsdiqini tapmışdır. Araşdırma zamanı X6 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək, qızının qayınatası Əfqanıstan vətəndaşı X13 İran İslam Respublikasından adam keçirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, Bəlxi X3 əməlində cinayət tərkibi yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş döymə kimi qiymətləndirilir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bəlxi X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi və tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “MD 23” qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Bəlxi X7 ilə yaşadıqları evdə şəxsi münasibətləri zəmnində mübahisələri yaranmış, mübahisə həmin vaxt dava-dalaşa çevrilmiş, nəticədə Bəlxi X7 həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi özünün və zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Adı çəkilən Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-102/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-102/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver