Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1022/2020 14.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis X6 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixində Razi Əlicabbar oğlu ilə mübahisə edərək onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs oğlunun məhkəmə prosesində olan izahatından görünür ki, özünü təqsirli bilir, X5 ilə qonşu olsalar da yaxın münasibətləri yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin qapısının döyülməsini eşidib bayıra çıxdığı zaman qonşusu Razi adlı şəxsi görmüş, Razi onun küçəyə asfalt qırıntıları tökməsinə irad bildirərək təmizləməsini xahiş etmiş, o isə öz növbəsində küçəni təmizləməyəciyini bildirərək etiraz etmiş və bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisənin daha da genişlənməməsi üçün küçəni təmizləməyəcəyini bildirərək qonşusu Razinin yaxasından tutub itələmişdir. Hazırda əməlindən peşmandır. Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, barəsində şikayət etdiyi Həmid adlı şəxslə qonşu olsalarda aralarında heçbir düşmənçilik və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən küçəyə çıxdığı zaman küçədə asfalt qırıntılarının olmasını görmüş, bununla bağlı maraqlandıqda Həmid adlı qonşusunun küçəni natəmiz vəziyyətə gətirdiyini öyrənmişdir. Buna görə də o, Həmid adlı şəxsə zəng edərək küçəni təmizlətməsini xahiş etmiş, lakin sonuncu onunla kobud danışarkən “sən hambalsan sən təmizləməlisən” sözlərini işlətmişdir. O, yenidən Həmiddən küçəni təmizlətməsini xahiş etdiyi zaman, sonuncu onu küçəyə söhbət etməyə dəvət etmişdir. Bir neçə dəqiqə sonra onlar küçədə görüşmüş, bu məsələ ilə bağlı söhbət etmişlər. Söhbət zamanı Həmid onu yenidən təhqir etmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, baş vermiş mübahisə zamanı Həmid onun yaxasından tutaraq əli ilə sifət nahiyyəsinə zərbə vuraraq itələmişdir. Həmin vaxt yaranmış səs-küyə onun arvadı Həmidə və Həmidin adını bilmədiyi arvadı və qardaşı arvadı gəlmişdir. Bundan sonra yaranmış səs-küyə tanımadığı şəxslərin toplaşdığını görüb oradan uzaqlaşmaq üçün yaşadığı evə tərəf getmiş, lakin Həmid öz hərəkətlərinə davam edərək onun arxasınca gələrək yaxasından tutub sifət nahiyyəsinə əli ilə zərbə vurmuşdur, hazırda şikayətçidir, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ İTŞ-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1257 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - boyun nahiyəsinin sol yan səthinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırması zamanı videomüşahidə kameralarına baxış keçirən zaman Şəxstərəfindən X2 boğaz nahiyyəsindən qəsdən tutub itələyərək fiziki ağrı yetirməsi aşakr edilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X4 yaşadığı evin qarşısına asfalt qırıntıları gətizdirən zaman X2 yaşadığı evin qarşısını natəmiz vəziyyətə gətirmiş, X9 Cavadovdan natəmiz vəziyyətə gətirilmiş asfalt örtüyünü təmizlənməsini xahiş etmiş, lakin sonuncu buna etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı X10 Cəlilovu qəsdən döyməklə ona fiziki ağrı yetirməklə müşahidə olunan sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, kamera görüntüsü və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan vəsiqədən görünür ki, Şəxs müharibə veteranıdır. Məhkəmə Şəxs səmimi peşmanlığını və müharibə əlili olmasını iş üzrə cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1022/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1022/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver