Məhkəmə qərarları › İş №3(012)-1023/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1023/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1023/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq sonuncunun 500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. 24 may 2021-ci il tarixli qərarla Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxsla telefon danışığı zamanı sonuncu su satışı firmalarından birinə sürücü lazım olduğunu və ondan işləyib-işləməyəcəyini soruşmuş, o isə daimi iş yeri olmadığı üçün sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Şəxs ilə Abşeron rayonu, Xırdalan şəhəri, A.Şaiq küçəsində görüşmüş və sonuncu işə düzəlməsi üçün 500 manat pul verməli olduğunu ona demiş, o isə etiraz etməmişdir. Sonra Şəxs daha da inandırıcı olması üçün özünə məxsus hərbi bileti və kağız parçasına 500 manat pulu almasını yazaraq ona vermişdir. Bir müddət keçməsinə baxmayaraq Şəxs onu işə düzəltməmiş və hər dəfə müxtəəlif bəhanələrlə onu aldatmış, sonra isə zənglərə cavab verməmişdir. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənildiyini və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi olmadığını əsas gətirərək Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunduğundan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İnzibati xətanı törətmiş şəxs Şəxs dəymiş ziyanı ödəməklə, zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar