Məhkəmə qərarları › İş №3(012)-1024/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1024/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1024/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən 2 saylı Avtonəqliyyat icarə idarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsi tərəfindən 2 saylı Avtonəqliyyat icarə idarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşin materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, inzibati xəta protokolu natamam tərtib olunduğundan geri qaytarılmalıdır. Belə ki, 2 saylı Avtonəqliyyat icarə idarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatıın verilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu materialda olsa da, həmin sorğunun idarə tərəfindən alınmasını təsdiq edən bildiriş sənədi materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Abşeron rayon Polis İdarəsi tərəfindən 2 saylı Avtonəqliyyat icarə idarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Abşeron rayon Polis İdarəsi tərəfindən 2 saylı Avtonəqliyyat icarə idarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva 3(012)-15/2024 2024-cü il MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 18 yanvar 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən 2 saylı Avtonəqliyyat icarə idarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxılır. İclas saat 14:00-da açıldı. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 18 yanvar 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar