Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1025/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında 22 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* saylı, 22 iyun 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin baş əmək müfəttişi X1 tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 22 iyun 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən Şəxsndə 10 iyun 2022-ci il tarixdə saat 10:56-da dövlət qurumlarının elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə olunmuş məlumatlara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məlum olmuş, buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin baş əmək müfəttişi X1 tərəfindən 22 iyun 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ünvanına bildiriş göndərilmiş, tərəflər məhkəməyə gəlməmiş, gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Abdulla Hüseynov vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə direktoru olduğu Şəxs arasında İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə 29 avqust 2020-ci il tarixdə **********2 saylı istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır və həmin müqavilə bu günədək də qüvvədədir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlamış məktubda da "xxxx" ASC ilə "xxxx" MMC arasında qeyd olunan müqavilənin imzalanması və faktiki olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun tərtib olunması üçün əsas kimi qəbul etdiyi elektron informasiya sistemlərinin təhlili nəticəsində əldə olunmuş məlumatlarda işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması faktının müəyyən edilməməsi olmuşdur. Şəxs ilə "xxxx" ASC arasında faktiki olaraq 29 avqust 2020-ci il tarixdə bağlanaraq bu günədək qüvvədə olan istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin mövcud olduğu şəraitdə "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması qüvvədə olan qanunvericiliklə və normativ hüquqi aktlara əsasən yolverilməzdir və qanunsuzdur. Elektron informasiya sistemlərində istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin görünməməsi öz növbəsində dövlət qurumlarının sahib olduqları elektron informasiya sistemlərinə müvafiq məlumatları vaxtlı-vaxtında inteqrasiya etməməsi səbəbindən yaranmışdır. Çünki, "xxxx" MMC-nin qeyd edilən sığorta üzrə xx.xx.2020-ci il tarixindən "xxxx" ASC şirkəti ilə müddətsiz müqaviləsi vardır. Yəni, bu tip müqavilələr müddətsiz bağlanılır və lakin, ildə 1 (bir) dəfə elektron qaydada yenilənir və uzadılır. "xxxx" MMC-nin də "xxxx" ASC sığorta şirkəti ilə müqavilələri elektron qaydada İSB-nin elektron portalı üzərindən xx.xx.2021-ci il tarixində 1 (bir) il müddətinə yenidən yenilənmişdir və sistem üzrə də aktiv müqavilə statusları vardır. Müqavilənin bağlanma tarixindən sonrakı bütün əməliyyatlar (işə qəbul, vəzifə və əmək haqqı dəyişiklikləri, xitam və s.) elektron qaydada İSB elektron portalı üzərindən vaxtında icra edilmişdir və bütün ödəmələr hamısı vaxtında icra edilmişdir. Odur ki, qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətə əlavə olunmuş "xxxx" ASC tərəfindən Şəxs rəhbərliyinə ünvanlanmış PHS-**********2 saylı, 05 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs ilə "xxxx" ASC arasında İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə bağlanmış 29 avqust 2020-ci il tarixli, **********42 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. 01 iyul 2022-ci il tarixinədək imzalanmamış sənəd aşkar edilməmiş və ödənilməmiş sığorta haqqı mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyəti nəzərdə tutur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətə əlavə olunmuş "xxxx" ASC tərəfindən Şəxs rəhbərliyinə ünvanlanmış PHS-**********2 saylı, 05 iyul 2022-ci il tarixli məktubla da müəyyən olunur ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxslə "xxxx" ASC arasında müddətsiz olaraq İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə bağlanmış 29 avqust 2020-ci il tarixli, **********42 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. 01 iyul 2022-ci il tarixinədək imzalanmamış sənəd aşkar edilməmiş və ödənilməmiş sığorta haqqı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, “Milan-A» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1025/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1025/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver