Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1029/2020 30.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X3 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, o, xx.xx.2020-ci il tarixində Abşeron RPİ-nin YPX-nın əməkdaşları tərəfindən saxlanılaraq karantin rejimi qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 AZN miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, belə ki, 8103 icazə sisteminin tələblərinə riayət edərək yaşayış yerini tərk etmiş, buna baxmayaraq polis əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, o, polis əməkdaşlarına Covid-19 virusu ilə əlaqədar olaraq mart ayından etibarən ailə üzvləri ilə birlikdə birgə nikah dövründə əldə edilmiş mülkiyyət hüququ həyat yoldaşı X2 məxsus bağ evində qaldıqlarını, faktiki yaşayış ünvanının həmin ünvan olduğunu izah etsə də, onlar buna məhəl qoyulmamış, onlar qeydiyyat ünvanının ünvan 1 olduğunu əsas gətirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Polis əməkdaşları Nazirlər Kabinetinin qərarına əməl etməməklə yanaşı onun hüquqlarını kobud şəkildə pozmuşdular. Buna görə Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron RPİ-nin YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X3Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X3 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X8 X9 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 18:43 radələrində müraciət etmiş, ona 2 saat müddətinə yaşayış yerini tərk etmək barədə sms gəlmiş, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol isə 19:05 radələrində tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X3 faktiki yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-nin YPX-i inspektoru, polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1029/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1029/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver