Məhkəmə qərarları › İş №3(012)-1029/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1029/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1029/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi “A+CO” ASC-in etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Şikayətçi “A+CO” ASC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “A+CO” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X12 xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi X14 tərəfindən “A+CO” ASC-nin direktoru X8 02 iyun 2023-cü il tarixli ******* saylı qərar qəbul olunmuşdur (qərarın surəti qoşma kimi əlavə olunur). Həmin qərara əsasən, “A+CO” ASC-nin direktoru X8 tərəfindən X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə qərarın nəticə hissəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyimə görə barəmdə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimənin tətbiq olunması qeyd olunmuşdur. X6 xx.xx.2021-ci il tarixli ərizə ilə Cəmiyyətə müraciət edərək “A+CO” ASC-yə işə qəbul olunmasını xahiş etmişdir (08 fevral 2021-ci il tarixli ərizənin surəti şikayət ərizəsinə əlavə olunur). Cəmiyyət ona etibar edərək inanmış və xx.xx.2021-ci il tarixində “A+CO” ASC ilə ünvan 1 ünvanında pasport qeydiyyatında olan X6 arasında Əmək Müqaviləsi, elə həmin gün xx.xx.2021-ci il tarixli X18 Haqqında Müqavilə bağlanmış, maddi məsul şəxs olması ona izah olunmuş və 044K saylı, xx.xx.2021-ci il tarixli Əmrlə “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsində Satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Daxili araşdırmaların aparılması nəticəsində, X3 Cəmiyyətimizdə çalışdığı müddət ərzində “A+CO” ASC ilə əməkdaşlıq edən və X3 dislokasiyasında yerləşən 34 ticarət nöqtəsində ümumilikdə 9833,69 (doqquz min səkkiz yüz otuz üç manat altmış doqquz qəpik) AZN əskik fərq olduğu aşkar olunmuşdur. Həmin şəxs, yəni X6 şirkətimizə çağırılmışdır və bu barədə müvafiq akt tərtib olunmuşdur. Şəxsə əlavə sənədlər ilə bağlı sual verilmişdir və şəxs cavab olaraq bildirdi ki, sənədlər onda yoxdur. X6 dislokasiyasında yerləşən marketlərdən şirkətə məxsus olan müəyyən pul məbləğlərin əldə etmiş, lakin həmin ödənişləri şirkətin xəzinəsinə daxil etmədən öz sərfıyyatları üçün xərcləmişdir. X6 şirkətimizə çağırılaraq ondan izahat alınıb və alman izahat zamanı yuxarıda qeyd olunan pul vəsaitlərini hansı məqsədlə özgələşdirilməsi ilə bağlı ona sual verilib. Həmin suala cavab olaraq şəxs bildirdi ki, “A+CO” ASC tərəfindən ona müəyyən ödənişlər olunmalıydı, lakin ödənişlər həyata keçirilmədiyinə görə şəxs marketlərdən əldə etdiyi pul vəsaitlərini özbaşınalıq törədərək mənimsəmişdir. Mövcüd halla bağlı Cəmiyyətimiz tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur və halhazırda həmin şöbədə müvafiq işlər aparılır. X1 tərəfindən işlədiyi müddət ərzində “A+CO” ASC-yə 9833,69 (doqquz min səkkiz yüz otuz üç manat altmış doqquz qəpik) AZN məbləğində ziyan vurulmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “A+CO” ASC-in etibarnamə üzrə nümayəndəsi X9 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X11 şikayətin əsassız olduğunu qeyd edərək bildir ki, X3 əmək müqaviləsinə xitam verilmiş, araşdırma zamanı işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarla 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“A+CO” ASC-nin direktoru tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 246/k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Kommersiya Departamentinin Satış şöbəsinin Region üzrə satış bölməsində Satış təmsilçisi, X6 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci və 187-ci maddələrinin tələbləri pozulduğuna görə “A+CO” ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulub xitam verilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məhkəmə proses iştirakçısının işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, “A+CO” ASC Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə “A+CO” ASC-in nümayəndəsinin gətirdiyi dəlilərlə bağlı qeyd edir ki, “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Region üzrə satış bölməsində Satış təmsilçisi, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə olan halda da Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, işəgötürən “A+CO” ASC-nin drektoru tərəfindən, onun təşəbbüsü ilə həmin və “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Region üzrə satış bölməsində Satış təmsilçisi, X6 ilə olan əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmamışdır. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və “A+CO” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi, yəni Əmək qanunvericiliyinin pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmiş, bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci bir il keçənədək tətbiq edilməlidir. 02 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Məhkəmə iclasında müyyən edilmişdir ki, “A+CO” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə törədilmiş inzibati xəta xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və müvafiq aktla həmin tarixdə rəsmiləşdirilmişdir. Həmin tarixdə də “A+CO” ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “A+CO” ASCyə inzibati tənbeh verilməsi müddəti bu tarixdən 3 ay (xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanununa əsasən) sonra, yəni xx.xx.2023-cü il tarixdə bitmişdir. “A+CO” ASC-in barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi vaxtdan yəni, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, “A+CO” ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən “A+CO” ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmə müddəti başa çatdıqdan sonra qəbul edildiyinə görə ləğv edilsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar