Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-103/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,əvvələlər inzibati məsuliyyətə cəlb edilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 30/6, 25 saylı mənzildə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs sözlə və bıçaqla hədələyib boynundan tutaraq fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, özünü təqsirli bilmir, o, bacısını döyməmişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iş üzrə ekspert rəyi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, iş üzrə icraat aparılan şəxs Şəxs onu döymüş, lakin o, işdən vaxt tapa bilmədiyindən ekspertizaya getməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23.30 radələrində ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs sözlə və bıçaqla hədələyib boynundan tutaraq fiziki ağrı yetirməklə qəsdən döyməsi sübuta yetmədiyindən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibtai icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X4, xx.xx.2022-ci il tarixdə DİN-in «102» xidmətizəng mərkəzinə zəng edərək, qardaşı Şəxs, bacısı Zümrüdü bıçaqla hədələməsi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, qardaşı Ruslanın yaşadıqları ünvanda onunla münaqişə edərək bıçaqla vuracağı ilə hədələməsi və boynundan tutub boğaraq fiziki ağrı yetirməsi barədə məlumat vermişdir. İzahatı alınmış X4 bildirmişdir ki, o, bacısı Zümrüd və qardaşı Ruslanla ilə birlikdə eyni ünvanda yaşayır. Qardaşı Ruslan evli olub ayrılıb və onun qızı Güləzər də onlarla birlikdə həmin ünvanda yaşayır. Ruslan spirtli içki aludəçisidir və hər gün araq içərək, evdə onlarla yersiz mübahisələr edərək sözlə hədə qorxular gəlir. Əvvəllər bir neçə dəfə Ruslanın, onu və bacısı Zümrüdü döyməsi ilə bağlı polisdə araşdırma aparılmışdır. Buna baxmayaraq Ruslan yenədə sərxoş vəziyyətdə onunla və bacısı ilə münaqişələr edərək onları rahat yaşamağa imkan verməmişdir. 24 dekabr 2022- ci il tarixdə axşam saatlarında o, öz otağında qızı ilə yatan zaman bacısı Zümrüd də öz otağında uzanmışdır. Yuxuda olan zaman Simuzərin qışqırıq səsini eşidərək otaqdan çıxan zaman o, Ruslanın dəhlizdə Simuzəri boğduğunu görərək onları ayırmaq istəyən zaman Ruslan, Simuzəri itələyərək yerə yıxmışdır. Daha sonra isə Ruslan onu da boğmağa cəhd göstərmiş və mətbəxdən bıçağı götürərək Zümrüdün üstünə gedən zaman o, Ruslanın əlindən bıçağı alaraq yataq otağında gizlətmişdir. Ruslan onları bıçaqla vurmaqla hədələdiyi üçün o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İzahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı Ruslan spirtli içki aludəçisidir və hər gün araq içərək və onlarla yersiz mübahisələr edərək sözlə hədə qorxu gəlir. Əvvəllər bir neçə dəfə Ruslan onu və bacısı Firuzəni döyməsi ilə bağlı polisdə araşdırma aparılsada, buna baxmayaraq Ruslan yenədə sərxoş vəziyyətdə onunla və bacısı ilə münaqişələr edərək onları rahat yaşamağa imkan verməmişdir. 24 dekabr 2022- ci il tarixdə axşam o, öz otağında işığı söndürərək uzanmışdır. Bacısı Firuzə və onun qızı Nigar isə öz otaqlarında yatmışdılar. Ruslan isə sərxoş vəziyyətdə qonaq otağında ucadan kiminləsə telefonla görüntülü danışırmış. Ruslan onun otağının qapısını açaraq telefonla otağın içərisini xalası nəvəsinə göstərərək, onların qorxaraq otağın işığınını söndürdüklərini deyərək gülmüşdür. O isə, Ruslanın gecə icazəsiz otaqlarına keçməsindən əsəbləşərək Ruslanın oturduğu qonaq otağına keçmiş və Ruslana öz iradını bildirmişdir.Bu zaman Ruslan onun üstünə cumaraq boynundan tutaraq onu boğmağa başlamışdır. O isə, qışqıraraq bacısı Firuzəni köməyə çağırmışdır. Firuzə otaqdan çıxan zaman Ruslan onu itələyərək Firuzəni tutaraq boğmağa çalışmışdır. Daha sonra isə mətbəxdən bıçaq götürərək onun üstünə gəlmiş və hədə-qorxu gəlməyə başlamışdır. X7 əlindən bıçağı alaraq yataq otağında gizlətmişdir. Sonra isə o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Araşdırma zamanı izahatı alınnmıış Şəxs bildirmişdir ki, bacısı X2 ərizəsi ilə tanış olmuşdur. O, qızı, bacıları Zümrüd və Firuzə ilə birlikdə eyni ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdən evə gələn zaman qonaq otağında oturaraq xalası nəvəsi ilə görüntülü danışan zaman Nuray ona evlərinin otaqlarını göstərməsini deməsi səbəbindən bacısı Zümrüdün otağını açıb göstərən zaman Zümrüd yatması səbəbindən onunla mübahisə edərək onu itələmiş və otaqdan çıxmasını tələb etmişdir. Onların səsinə böyük bacıları Firuzə öz otağından çıxaraq onları sakitləşdirmişdir. Həmin vaxt Zümrüd onu əsəbləşdirdiyi üçün o, Zümrüdü hədələyərək ondan əl çəkməsini istəmişdir.Firuzə isə DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir.Həmin vaxt o, Zümrüdü boğmamış və vurmamışdır. Həmin vaxt otağa gələrək mübahisə etməsi səbəbindən onu itələyərək otaqdan çıxarmışdır. Həmin vaxt o, bacısını sözlə hədələyib. Bacıları onu evdən çıxarmaq məqsədləri olması səbəbindən onun barəsində qərəzli şikayət edirlər. Araşdırma zamanı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçməsi üçün təliqə və qərar verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs ekspert müayinəsindən keçmədiyi üçün müvafiq rəy almaq mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Lakin cinayət işinin rədd olunması barədə qərardan da göründüyü kimi, Zərərçəkmiş şəxs ekspert müayinəsindən keçmədiyi üçün müvafiq rəy almaq mümkün olmamışdır. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib elementi olan döyməni istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-103/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-103/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver