Məhkəmə qərarları › İş №3(012)-1030/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1030/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1030/2020 28.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsinə xx.xx.2020-ciil tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizədə xahişinin nədən ibarət olmasını göstərməmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsini əks edərək tərtib edilir və həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən tərtib edildiyi vaxtdan 48 saatadək müddətində baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd edilən baxış nəticəsində İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində göstərilən qərarlardan biri çıxarılır və yalnız bundan sonra həmin Məcəllənin 33-cü fəsli ilə müəyyən edilmiş qaydada şikayət (və ya protest) etmə hüququ yaranır. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106- 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardanverdiyi ərizəsi geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar