Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1032/2022 30.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Görədil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Görədil kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səmədov X7 Rayon Məhkəməsinin 2(056)-855/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra Şöbəsinin icra məmuru X10 izahatında göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(056)-855/2013 saylı icra vərəqəsi xx.xx.2014-cü il tarixdə Abşeron rayon icra və probasiya Şöbəsinə daxil olmuş və dərhal icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası üçün qanunda nəzərdə tutulmuş tədbirlər görülmüş, Şəxs adına bankda pul və ya avtomobil olmadığı müəyyən edilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni tam icra etmək mümkün olmamışdır. Borclunun bugünədək tələbkara ümumilikdə 13520 manat borcu vardır. Çağırışa gəlməkdən boyun qaçırdığına görə Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2014cü il tarixli qərarına əsasən borclu barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, 2011-ci il tarixdən Azərbaycan Respublikasını tərk edərək, Ukraniya Respublikasına getmiş, bu yaxınlara kimi Kiyev şəhərində yaşamışdır. Barəsindəki axtarış işindən və qəbul edilmiş qətnamədən ölkəyə qayıtdıqdan sonra məlumatı olmuşdur. Məhkəmə iclasında müdafiəçi, Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Ramiz Yusif oğlunun məhkəmə qətnaməsindən xəbəri olmadığını, həmin məhkəmə qətnaməsinin surəti rəsmi qaydada sonuncuya təqdim edilməməsini nəzərə alaraq, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə zərərçəkmiş şəxsə (tələbkar) qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin (tələbkar) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2(056)-855/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 30 mart 2004-cü il təvəllüdlü X5 və 17 aprel 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə 65 (altmış beş) manat olmaqla, cəmi 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin 02 oktyabr 2013-cii il tarixdən başlayaraq cavabdeh Şəxs alınaraq iddiaçı X9 ödənilməsi müəyyən edilmişdir. İcraata başlama haqqında xx.xx.2014-cü il tarixli qərara əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-855/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lakin tələbin könüllü icrasına dair bildirişin borclu Şəxs təqdim edilibedilməməsinə dair iş materiallarına hər hansı bir mötəbər sənəd əlavə edilməmişdir. Aidiyyəti qurumlara ünvanlanmış sorğular əsasında Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı aşkar edilməmişdir. Sabirabad RPi-in xx.xx.2015-ci il tarixli, 179/1646 saylı məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin qərarına əsasən Abşeron rayonu, Görədil kənd sakini Şəxs barəsində borclu kimi axtarış işi elan edilmişdir. Göndərilmiş qərara əsasən 14.11.14-cü il tarixdə 29409 saylı axtarış işi açılmışdır. Şəxs tapılması məqsədi ilə müəyyən tədbirlər keçrilməsi ilə əlaqədar ölkədən çıxıb-çıxmaması barədə müvafiq yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2012-ci il tarixdə Bakı-Kiyev sərnişin təyyarəsi ilə ölkədən çıxmış və həmin vaxtdan ölkəyə qayıtmamışdır. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası "İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası "İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-855/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 30 mart 2004-cü il təvəllüdlü X5 və 17 aprel 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə 65 (altmış beş) manat olmaqla, cəmi 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin 02 oktyabr 2013-cii il tarixdən başlayaraq cavabdeh Şəxs alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında xx.xx.2014-cü il tarixdə İcra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin həmin bildirişin borcluya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. İcra məmurunun xx.xx.2014-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə tərəfindən həmin axtarış tədbirlərinin formal xarakterli daşıması müəyyən edilmişdir. Belə ki, icra materiallarından görünür ki, Şəxs olduğu yerin müəyyən edilməsindən ötrü onun yaşadığı ünvana rəsmi qaydada çağırış vərəqələri göndərilməmiş və onun şöbəyə gəlməmə səbəbləri araşdırılmamışdır. Yalnız Şəxs könüllü olaraq icra şöbəsinə gəldikdən sonra onun barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Şəxs xx.xx.2012-ci il tarixdən ölkədən çıxmış və həmin vaxtdan ölkəyə qayıtmamışdır. Beləliklə, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə görə hər bir şəxsin qanunla nəzərdə tutulmuş qaydada yuxarı məhkəmədə işinə yenidən baxılması haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106, 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1032/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1032/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver