Məhkəmə qərarları › İş №3(012)-1036/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1036/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1036/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayonu Vəkil Bürosunun vəkili Vəkil, tələbkar X2 və inzibati tənbeh barədə protokol tərtib etmiş şəxs Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X12 oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, 18.03.2020-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 4770 manat məbləğində aliment borcunu iş üzrə tələbkar X10 qızının xeyrinə ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 anası X2 yanında qalmaları, 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 anası X2 xeyrinə hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında alimentin tutulması və alimentin tutulma müddəti 12.11.2019-cu il tarixdən X3 və X6 yetkinlik yaşına çatanadək müəyyən edilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki fərdi əməklə məşğul olur, yaranmış aliment borcunu ödəməyə söz verir Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X7 bildirdi ki Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 onun yanında qalmaları, 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 onun xeyrinə hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında alimentin tutulması və alimentin tutulma müddəti 12.11.2019cu il tarixdən X3 və X6 yetkinlik yaşına çatanadək müəyyən edilməsi qət edilmişdir.İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 anası X2 yanında qalmaları, 26.03.2012-ci il tarixdə anadan olmuş X3 və 14.12.2013-cü il tarixdə anadan olmuş X6 anası X2 xeyrinə hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında alimentin tutulması və alimentin tutulma müddəti 12.11.2019-cu il tarixdən X3 və X6 yetkinlik yaşına çatanadək müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 04.05.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2021 saylı, 19.03.2021-ci il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 438/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1371/2020 saylı, 11.09.2020-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilmişdir. İş materiallarında olan 10.08.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs Pərviz oğlu tərəfindən X5 70 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 17.08.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 80 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 18.08.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 26.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 10.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 60 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 30.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 40 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 17.09.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X5 50 manat məbləğində pul ödənilmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir İş materiallarında olan məlumat vərəqindən görünür ki, Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 06 iyul 2021-ci il, saat 17:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar