Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1041/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Abşeron rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 09-cu döngə, ev 07Bdə qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in Saray PB-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 2023-cü ilin yanvar ayında X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi, 17-ci məhəllə bina 17, A2 blok, mənzil 68A ünvanında yerləşən mənzilində təmir işləri apararkən 10 manat dəyərində boyanı oğurlamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan oğurluqla bağlı daxil olmuş ərizə əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən törədilən əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron RPİ-in İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, qeyd olunan əməlin Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, protokolda qeyd olunan əməli törətməmişdir. X6 məxsus mənzildə usta kimi fəaliyyət göstərmişdir. Pulunu kəsdiyi üçün mənzilin təmir etməkdən imtina etmişdir. Həmin mənzildən heç bir oğurluq etməmişdir. Buna baxmayaraq zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi, 17-ci məhəllə bina 17, A2 blok, mənzil 68A ünvanında yerləşən mənzilini təmir etmək etmək məqsədilə həmin kompleksdə təmir işləri aparan Nurlan adlı ustaya yaxınlaşmış və evinin pəncərəsini hörə biləcəyini soruşaraq ilkin əlaqə yaratmışdır. Sonra Nurlan adlı şəxs onunla razılaşmış və onu evinə təmir üçün çağırmışdır. Nurlan gəlib evində təmir aparılacaq yeri hörmüş və onun təqdim etdiyi həyat yoldaşının bank kartına 90 manat pul göndərmişdir. Hörgü aparan zaman Nurlanla söhbət əsnasında evinin təmir etməsinə görə onunla danışıq aparmış və Nurlan evi 3000 manata təmir etməyi razılaşdırmışdır. Beləliklə ilkin olaraq onun həyat yoldaşının bank kartına (hazırda kartın nömrəsini xatırlamır) 200 manat pul göndərmişdir. Bundan sonra Nurlan təkrar evə gəlmiş və bir qədər təmir işləri görmüşdür. Hər dəfə ondan müxtəlif məbləğlərdə pullar istəmişdir. 2023-cü ilin yanvar ayının 27-dən aprel ayının 9-dək olan müddət ərzində Nurlana 1800 manat pul vermişdir. Sonuncu pulu isə 09 aprel 2023-cü il tarixdə vermişdir. Nurlan həmin tarixdə ona zəng edərək yıxılmasını, xəsarət almasını, ona müalicə üçün pul ehtiyacının olmasını bildirmiş və 400 manat pul istəmişdir. O da ona yaşadığı binanın qarşısında əlbəəl nağd formada 400 manat pul vermişdir. Bundan bir neçə gün sonra Nurlan özü ilə usta gətirmiş və yarımçıq qalan işləri onun görəcəyini demişdir. Təmir üçün həmin ustaya 200 manat pul verməyini xahiş etmişdir. Ona da 200 manat pul vermiş, bundan sonra Nurlan hər dəfə müxtəlif bəhanələr gətirərək təmir işlərindən yayınmışdır. xx.xx.2023-cü il tarixdə təmir gedən evinə baxan zaman otaqda yerə qoyduğu divar boyasının yerində olmadığını görmüşdür. Nurlana zəng edərək boyanı nə üçün oğurlamasını soruşmuş, Nurlan öz əməlini etiraf etmiş və geri qaytaracağını bildirmişdir. Lakin, yenə də Nurlan onunla əlaqəni kəsmiş və sonradan onunla əlaqə saxlaya bilməmişdir. Şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun barəsində başlanmış icraata xitam verilmısini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in İTŞ-nə göndərilmişdir.. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1- ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxs X9 bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 məxsus özgə əmlakını xırda talama yolu ilə zərərçəkmiş şəxsə 10 manat məbləğində maddi ziyan vurmuş Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs zərərçəkmiş şəxs X8 ilə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X5 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1041/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1041/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver