Məhkəmə qərarları › İş №3(012)-1042/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1042/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1042/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “X4” MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.9-cumaddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X4” MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından 24.06.2021-ci il tarixli, MN ******* saylı, Azərbaycan Respublikası İXM-nin 428.9-cu maddəsi ilə inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, “X4” MMC 01.06.2021-ci il tarixdə Xırdalan şəhəri, Bakı Quba şossesi 6-cı km-də qeydə alınan www.toyota abşheron.az və digər internet saytlarında keçirilmə hüququ əldə edilməmiş “X3 hər servis ziyarəti bir fürsətdir» başlığlı stumullaşdırıcı lotereyanın reklamını həyata keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, “X4” MMC 03.05.2021-ci il tarixdə «5-il xidmətinizdə» tirajlı stimullaşdırıcı lotereyanın qeydiyyata alınması məqsədilə Mərkəzi Banka müraciət etmişdir. Müraciət sənədlərində müəyyən edilmiş çatışmamazlıqlarla bağlı loteriya təşkilatçısı sənədlərin yenidən təqdim edilməsi zərurəti yaranmış, Mərkəzi Bank tərəfindən loteriyanın qeydiyyatı ilə bağlı müraciətə baxılmalı idi. “X3 hər servis ziyarəti bir fürsətdir» başlığlı stumullaşdırıcı lotereyanın reklamı həyata keçirilsə də faktiki heç bir loteriya oyunu həyata keçirilməmişdir. Göründüyü kimi bu halda “X4” MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibi olmadığını bildirərək, “X4” MMC haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəninin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki “X4” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, “X4” MMC-nin nümayəndəsinin izahatıından aydın olur ki, “X4” MMC 03.05.2021-ci il tarixdə «5-il xidmətinizdə» tirajlı stimullaşdırıcı lotereyanın qeydiyyata alınması məqsədilə Mərkəzi Banka müraciət edilmiş, müraciət sənədlərində müəyyən edilmiş çatışmamazlıqlarla bağlı loteriya təşkilatçısı sənədlərin yenidən təqdim edilməsi zərurəti yaranmış, Mərkəzi Bank tərəfindən loteriyanın qeydiyyatı ilə bağlı müraciətə baxılmalı idi. “X3 hər servis ziyarəti bir fürsətdir» başlığlı stumullaşdırıcı lotereyanın reklamı həyata keçirilsə də faktiki heç bir loteriya oyunu həyata keçirilməmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə - fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, “X3 hər servis ziyarəti bir fürsətdir» başlığlı stumullaşdırıcı lotereyanın reklamı həyata keçirilsə də faktiki heç bir loteriya oyunu həyata keçirilməmişdir. “X4” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibinin olmaması əsasına görə hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar