Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1047/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 29 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin rayon icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət olunmuşdur. Tələbkar xx.xx.2020-ci il tarixdə notiral qaydada ərizə verərək övladlarının ataları Şəxs himayəsinə verilməsinə və onunla yaşamalarına razı olduğu üçün alimentdən imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-186/2024 sayı qərardadına əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, 10 iyun 2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə borc 21080 manat təşkil edir. Həmçinin Abşeron Rayon Məhkəməsinin e- 16(012)-357/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Qeyd olunan icra sənədi üzrə təxminən 8-10 dəfə Zərərçəkmiş şəxs övladları ilə görüşməyə şərait yaradılmış, lakin övladları görüşməkdən imtina etmişdir. Tələbkarın övladlarına atası və ailəsi tərəfindən təzyiq göstərilməsi iddiasına əsasən uşaqların psixoloji reablitasiyaya cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Lakin şöbəyə daxil olmuş məktuba əsasən Şəxs reablitasiya mərkəzinə dəvət edilsə də o, övlarlarını mərkəzə gətirməkdən imtina etmişdir. Qeyd olunan icra sənədləri üzrə qalıq aliment borcu 21080 manat təşkil edir. Borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilkin icra sənədinə münasibətdə izahatında göstərdi ki, ilkin olaraq övladları anasının yanında qalmışdır. Daha sonra keçmiş həyat yoldaşı ilə əldə olunan razılıq əsasında övladları onun yanında qalmış və həyat yoldaşı Zərərçəkmiş şəxs alimentdən imtina etmiş, icra sənədinə xitam verilmişdir. Lakin sonradan sonuncu yenidən iddia qaldırmış və iddiası təmin olunmuşdur. Lakin övladları Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada ərizə verərək alimentdən imtina etdiyi vaxtdan, 2020-ci ilin noyabr ayından etibarən onun yanında qaldığı üçün qeyd olunan icra sənədini icra etməmişdir. Hazırda həmin icra sənədi üzrə aliment borcundan azad olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İkinci icra sənədinə münasibətdə bildirdi ki, övladlarının anası ilə görüşməyinə qarşı heç bir problem yaratmamış, çağırılan vaxtlarda həmişə onları icra şöbəsinə gətirmişdir. Lakin övladları anası ilə görüşməkdən imtina edir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs övladları ilə ünsiyyətdə qarşı tərəfin maneəilik törətdiyini bildirmişdir. Belə ki, övladlarına keçmiş həyat yoldaşı, onun atası və anası tərəfindən təzyiqlərin olduğunu bildirmişdir. Övladlarının 2020-ci ilin noyabr ayından etibarən halhazıradək atasının yanında qaldığını bildirdi. Şəxs övladlarına onunla görüşdən imtina etməsi ilə bağlı təzyiqlər göstərdiyini bildirərək onun barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müdafiə etdiyi şəxsin barəsində olan icra sənədinin icrasından yayınma kimi halların olmamasını, övladlarının atasının himayəsində olmasına baxmayaraq alimentin alınmasının düzgün olmadığını bildirərək onun barəsində olun iş üzrə icraata xitam verilməsinin məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-186/2024 sayı qərardadına əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, 10 iyun 2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin e-16(012)-357/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək ünsiyyət hüququ təmin edilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması təsdiq edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəyə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1 və 3.2-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə iclasında dəfələrlə icra məmuruna sual verilmiş və icra məmuru Şəxs icra sənədi üzrə övladlarını anası ilə ünsiyyətinə mane yaradacaq heç bir hərəkətinin olmadığını, dəfələrlə sərbəst şəkildə şərait yaradılmasına baxmayaraq övladlarının anası ilə görüşdən imtina etdiyini bildirmişdir. Ümumiyyətlə Şəxs övladlarına anasi ilə ünsiyyətinə bilavasitə mane olacaq heç bir hal məhkəmə iclasında müəyyən edilməmişdir. Bundan başqa hər iki tərəf övladlarının 2020-ci ildən atasının yanında qaldığını bildirmiş və Şəxs “alimentdən azad olunmaqla” bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir.Sözügedən iddia tələbi ilə bağlı mülki iş məhkəmənin icraatındadır, yekun qərar qəbul edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi,ünsiyyətə hər hansı maneçilik törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da onun inzibati xəta törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1047/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1047/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver