Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-105/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsində xx.xx.2023-cü il tarixdə tullantıların atılaraq qalaqlanması və müəssisə tərəfindən tullantıların emalı yerinin müəyyənləşdirilməməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 266.2 və 271-ci maddələri üzrə inzibati xəta protokol tərtib olunmuş, MMC barəsində inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-105/2024 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-125/2024 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(012)-105/2024 saylı qərarı ləğv edilmiş, yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov protokolu müdafiə edərək. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Fikrini onunla əsaslandırmışdır ki, ərazinin monitorinqi aparılan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsində tullantıların qalaqlanması faktı aşkar edilmiş bu barədə akt tərtib olunmuşdur. Həmin tullantıların Şəxsdə istehsal olunduğu və həmin müəsissə tərəfindən əraziyə tökülməsi şübhə doğurmur. Belə ki, tullantıların qablaşdırıldığı iri həcimli kisələr pərakəndə satış obyektlərində rast gəlinən kisələr olmamaqla, tullantıların böyük əksəriyyəti yararsız xammal yəni istehsalatda istifadə olunan gil və ya kül olmuşdur. Həmçinin həmin əraziyə tökülmüş qalaq qalaq tullantılar içərisində başqa müəsissəyə yalnız Şəxs MMC-yə aid loqolu kisələr və s. olmuşdur. Bu da tullantıların başqa şəxslər tərəfindən atılması ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş orqanın nümayəndəsinin bildirdiyi etirazların əsassız olduğu qənaətinə gəlinməsi üçün əsasdır. Həmçinin qeyd etmişdir ki, ərazidəki tullattıların həcmini nəzərə alsaq görərik ki, həmin tullatılar bir və ya bir neçə təmir gedən mənzildən çıxacaq həcimdən dəfələrlə artıqdır. Həmçinin təmir gedən mənzildən çıxan tullantılar olsa idi həmin tullantıların tərkibində Şəxsdə istehsal olunan məhsullardan başqa da məhsul qalıqları aşkarlanardı. Həmçinin Şəxsnə əraziyə baxış keçirilməsi üçün müraciət edildiyi vaxt icazə verilməmiş yazılı müraciət edilməsi tələb edilməklə müəsissə daxilində yığılmış tullantıları və onların yığılması yerinin olmaması faktının müəyyən edilməsi faktının qarşısı alınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Elçin Rəhmanov bildirdi ki, MMC-nin barəsində tərtib edilmiş protokol tamamilə qanunsuzdur. Belə ki, protokolun tərkib hissəsini təyin edən aktlar hər ikisi əsassız tərtib edilmişdir. İlkin olaraq 19 dekabr 2023-cü il tarixdə bağıanmış aktda nümayəndə qismində cəlb edilmiş Tural Vəliyev yalnız mühaifzəçi olaraq çalışmışdır nümayəndəsi olması mümkün deyildir, digər akt yəni, 23 dekabr 2023-cü il tarixdə tərtib edilmiş akt natamam tərtib olunmuşdur ki, belə ki, həmin aktda olan məlumatları o təsdiq etməmiş və imza etməkdən imtina etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokolda əsas olaraq qeyd olunmuş aktlar heç bir sübut növü olaraq qiymətləndiriə bilməz. Həmçinin əlavə etmişdir ki, müəssisə istehsalatla məşğul olur ona görə də müəsissədə heç bir halda tullatı olmur, protokol tərtib edən qurumun nümayəndəsuinin tullatı dediyi məhsullar əsilində müəssisə üçün xammaldır. Tərtib olunmuş protokolla razılaşmadığını və buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, akt bağlanan zaman “YÜKSƏL” firmasında çalışmasa da Şəxs MMC ilə firma arasında bağlanmış müqavilə zamanı firmada müsahib vəzifəsində çalışmışdır. YÜKSƏL” firması ilə Şəxs MMC arasında tullantıların daşınması haqqında müqavilə olsa da onlar Yüksəl firmasına yalnız məişət tullantılarının daşınması ilə bağlı ödənişlər etmiş, nəticədədə yalnız müəsissənin məişət tullantılarının daşınması həyata keçirilmişdir. Digər növ tullantılarla, yəni istehsalat tullantılarının, bərk materialların və s. bağlı məlumatı olmadığını bildirdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onların əməkdaşları və Şəxs MMC-nin nümayəndəsi kimi qeyd edilən Tural Vəliyev adlı şəxsin iştirakı ilə tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli AKT-dan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsində Şəxsnə də aid olan tullantıların atılaraq qalaqlanması və müəssisə tərəfindən tullantıların emalı yerinin müəyyənləşdirilməsi faktı aşkar olunmuş, ərazinin foto şəkli çəkilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 dekabr 2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları və Şəxs MMC-nin nümayəndəsi Elçin Rəhmanovun, “Yüksəl” firmasının nümayəndəsi Z.Abdullayevanın iştirakları ilə Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsinə baxış keçirilərkən Şəxs MMC-yə aid məişət tullantılarının olması müəyyən edildi. Tullantıların daşınması barədə qaimələri MMC təqdim etmədi və müəssisə daxilinə baxış keçirilməsinə icazə vermədi. Aktı imza edənlər sırasında Şəxs MMC-nin nümayəndəsi Elçin Rəhmanov aktda qeyd edilən halların həqiqəti əks etdirməməsi əsası ilə aktı imza etməmişdir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən və fotoşəkillərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsində Şəxsnə də aid olan tullantıların atılaraq qalaqlanması və müəssisə tərəfindən tullantıların emalı yerinin müəyyənləşdirilməsi faktı xx.xx.2023-cü il tarixdə aşkar edilmiş,Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələri üzrə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, Ç-BM/4323-721 nömrəli məktubdan görünür ki, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin və 4 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə reyd zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Şəxs MMC-yə məxsus istehsalat sahəsində formalaşan tullantıların Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsinə boşaldılması faktı aşkar edilmiş və faktla bağlı İdarədə inzibati araşdırmaya dəvət olunan Şəxs MMC-nin nümayəndəsi “YÜKSƏL” firması ilə xx.xx.2023-cü il tarixli 017 nömrəli müqaviləni təqdim edərək tullantıların daşınmasının “YÜKSƏL” firması tərəfindən həyata keçirdiyini və bütün müvafiq ödənişlərin edildiyini bildirmiş, həmin qəbzləri təqdim etmişdir. İnzibatı araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11:00-da nümayəndəsini (şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlə birlikdə) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsini təmin etməsini xahiş etmişdir. Şəxs MMC-nin “YÜKSƏL” firmasına sifariş etdiyi 0017-01 may 2023 nömrəli müqaviləyə əsasən ayda bir dəfədən az olmayaraq müəssisəyə aid bərk məişət və istehsalat tullantılarının və karton məişət tullantılarının daşınmasını “YÜKSƏL” firması üzərinə götürür. Akt-naryadlardan görünür ki, “YÜKSƏL” firması 2023-cü ilin iyun-iyul-avqust ayları üçün sifarişləri icra etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 ilə Şəxs MMC araslnda bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Belə ki, X6 göstərilən tarixdə öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmiş, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 09-k nömrəli əmrlə X3 əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda bildirilir ki, X6 şirkətə mühafizəçi olaraq işə qəbul edilmişdir. X3 cəmiyyətin nümayəndəsi olaraq Şəxs MMC tərəfindən hər hansı bir səlahiyyət verilməmişdir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilməlidir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; X8 məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi. 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X4 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır. 12-ci maddəsində qeyd olunan şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblərə görə, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. “X8 haqqında” Azərbaycan Respublikasının Qanununun: 47-ci maddəsinə əsasən ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi məqsədilə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" nın təsdiq edilməsi haqqında 21 aprel 2005ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların: 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlan tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). 2.3-cü bəndinə əsasən Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. 2.6-cı bəndə əsasən, tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X8 tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibiin bütün digər əlamətlərni daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- əzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X8 tələblərinə əməl edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan su anbarı ilə Bakı-Rostov dəmir yolu arasında yerləşən boş torpaq sahəsində xx.xx.2023-cü il tarixdə tullantıların atılaraq qalaqlanması faktı aşkar edilmişdir. İnzibati xətanın törədilməsi iş materialları və çəkilmiş fotoşəkilləri ilə təsdiq edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Tullantıların həmin əraziyə Şəxs tərəfindən daşınmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Bundan başqa Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə törədilmiş əmələ hüquqi qiymət verilməsi əlaqədar qeyd edir ki, işin bütün hallarının məcmusunun hərtərəfli, tam, obyektiv araşdırmasını aparmadan tullantıların emalı yeri müəyyən edilmədən Şəxs MMC barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC–nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməli, eyni zamanda, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinərək 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-105/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-105/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver