Məhkəmə qərarları › İş №3(012)-1053/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1053/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1053/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini belə əsaslandırdı ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini 28 aprel 2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 icarəyə götürmüşdür, götürdüyü həmin qeyri-yaşayış sahəsində yerləşən obyekti işlədir və hal-hazırda vergi ödəyicisidir. “AsanPay” ödəniş portalında hər hansı cəriməsinin olub-olmamasını yoxlayarkən ona məlum olmuşdur ki, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən 28 oktyabr 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri mütəmadi olaraq icarə əsasında çalışdırdığı müəssisədə olmuşlar və heç bir qanun pozuntusunu aşkar etməmişlər. Lakin, indi müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və qeyd olunan protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən 28 oktyabr 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən MN ******* saylı, 28 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, dünyada yayılaraq Azərbaycana da gəlib çatmış “Covid-19” infeksiyasının ölkə ərazisində yayılmasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar, tələb və tövsiyyələrə həmişə əməl etmişdir. Şikayətin mahiyyəti üzrə bildirir ki, maskadan istifadə etməməyinin hüquqi məsuliyyəti ona və müəssisənin hər bir əməkdaşına aydın olmuşdur. Oraya gəlib-gedən müştərilərin də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlara riayət etməsi üçün daima müvafiq tədbirlər görmüşdür. İnzibati xəta haqqında protokolun tərtib olunduğu 30 noyabr 2021-ci il tarixdə də eyni qaydada bütün işçilər və müştərilər fərdi qoruyucu vasitədən (maska) istifadə etmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İcarə əsasında çalışdırdığı müəssisəyə mütəmadi olaraq gələn Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları mütəmadi olaraq icarə əsasında çalışdırdığı obyektdə yoxlamalar aparmış, hər dəfəsində onunla razılaşaraq heç bir qayda pozuntusunun olmamasını bildirərək oranı tərk etmişlər. Barəsində inzibati xəta haqqında protokolun tərtib olunması barədə ona və ya orada olan şəxslərə heç bir məlumat verilməmişdir. Gizli şəkildə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi hüquqa ziddir. Bununla belə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdan qabaq barəsində inzibati araşdırma aparılarkən müvafiq vergi orqanına dəvət olunmamış və ilkin araşdırma zamanı vəsatət və sübutlarını təqdim etmək inzibati qanunvericiliyə əsasən hüququ olduğu halda inzibati araşdırma gizli şəkildə aparılaraq ona məlumat verilməmişdir. Bununla yanaşı inzibati xəta haqqında protokol tərtib olunarkən da hüquqları və vəzifələri ona izah olunmamış, inzibati xəta haqqında protokolun surəti ona təqdim olunmalı olduğu halda təqdim olunmamış, barəsində məlumatsız şəkildə tərtib olunmuş inzibati xəta haqqında protokolun müvafiq bölməsi imzalanması üçün ona təqdim olunmamış, nə də o, protokolu imzalamaqdan imtina etmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Barəsində olan inzibati tənbeh vermə haqqında qərarın surətini 27 iyun 2022-ci il tarixdə rəsmi qaydada almışdır. Sonda o, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, qurumun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyə verən” X7 “icarəçi” X5 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 0.024 ha olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini icarəyə vermişdir. ********** qeydiyyat nömrəli VÖEN-dən görünür ki, X6 vəzifəli şəxsdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-dən sorğu əsasında tələb etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin dövlət vergi müfəttişi X10 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:35-də Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən obyektdə karantin rejimi dövründə işçi tərəfindən fərdi qoruyucu vasitədən istifadə olunmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək bir daha belə hallara yol verilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin dövlət vergi müfəttişi X10 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda xx.xx.2020-ci il tarixdə saat 15:35-də Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən obyektdə karantin rejimi dövründə işçi tərəfindən fərdi qoruyucu vasitədən istifadə olunmamasını etiraf etmişdir. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ƏVBİ-nin rəisi X1 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar