Məhkəmə qərarları › İş №3(012)-1054/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1054/2020

16.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1054/2020 16.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, L.Vəliyev küçəsi 16 ünvanda qeydiyyatda olan və ünvan 1 A ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin Yol- Patrul Xidməti alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs xx xxxx 2020-ci ildə saat 16:00 radələrində etibarnamə ilə idarəetdiyi «Kia Rio» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 9 km-də Sumqayıt yolunda hərəkətdə edərkən qarşısında olan “VAZ 2104” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini düzgün seçmədiyindən həmin avtomobillə toqquşmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4, 327.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 16:00 radələrində etibarnamə ilə idarə etdiyi «Kia Rio» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 9 km-də Sumqayıt yolunda hərəkətdə edərkən qarşısında olan “VAZ 2104” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandı ara məsafəsi az olduğundan saxlaya bilməyərək arxadan vurmuşdur. Hadisə zamanı xəsarət almamışdır. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 332.4-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edirki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar