Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1054/2022 04.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçəsi “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2475/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-23/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəxs 19200 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla, cəmi 19228 (on doqquz min iki yüz iyirmi səkkiz) manatın alınaraq X12 və X4 verilməsi, ödənilmiş dövlət rüsumunun 02 (iki) manatının X12 və X4 aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(030)-707/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2500 manat məblləğində pul vəsaiti və 31 manat dövlət rüsumunun əvəzi alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-121/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 11655 ABŞ dolları əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi ki 20 manat alınaraq X9 verilməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-251/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6900 manat məblləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla, cəmi 6928 manat alınaraq X6 verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2475/2021 saylı, xx.xx.2022-cı il tarixli icra vərəqəsi, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(030)-707/2017 saylı icra vərəqəsi, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-121/2019 saylı icra vərəqəsi və Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-251/2021 saylı icra vərəqəsi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Hal-hazırda Şəxs 25556 (iyirmi beş min beş yüz əlli altı) manat və 11655 (on altı min altı yüz əlli beş) ABŞ dolları məbləğində borcu var. Borclu Şəxs icra sənədlərini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(030)-707/2017 saylı icra vərəqəsi üzrə 2531 manat borcdan 1731 manat ödəmiş, 6928 manat borcdan 5528 manat ödəmişdir. Qalan borcunu hissə-hissə ödəyəcəyini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-251/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6900 manat məblləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla, cəmi 6928 manat alınaraq ona verilməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-251/2021 saylı icra vərəqəsi üzrə 1400 manat ödəniş edilmişdir. Şəxs tərəfindən qalan 5528 manat borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını nəzərə alıb onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2475/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-23/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəxs 19200 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla, cəmi 19228 (on doqquz min iki yüz iyirmi səkkiz) manatın alınaraq X12 və X4 verilməsi, ödənilmiş dövlət rüsumunun 02 (iki) manatının X12 və X4 aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(030)-707/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2500 manat məblləğində pul vəsaiti və 31 manat dövlət rüsumunun əvəzi alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-121/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 11655 ABŞ dolları əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi ki 20 manat alınaraq X9 verilməsi qət edilmişdir. Daşkəsən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(030)-251/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6900 manat məblləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manat olmaqla, cəmi 6928 manat alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Daşkəsən rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Daşkəsən rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməl üzrə özünü təqsirli bilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. O, məhkəmə zalından həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il, saat 19:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1054/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1054/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver