Məhkəmə qərarları › İş №3(012)-1054/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1054/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1054/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 22 avqust 1986-cı il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(012)- 4373/2023 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxsa məxsus 18 qram 1620 manat dəyərində komplekt dəst, 1 ədəd 8 qram 720 manat dəyərində sep, 1 ədəd 5 qram 450 manat dəyərində qolbaq, 1 ədəd 8 qram 720 manat dəyərində nişan üzük, 5 qram 450 manat dəyərində paxlava üzük, bu əşyalar olmadığı halda onların dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınıb, iddiaçıya verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 21 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu 09 sentyabr 2024-cü il tarixdə bildirişi rəsmi qəbul etməklə, icra vərəqəsi üzrə rəsmi qaydada xəbərdar edilmişdir. Bundan sonra borclu 07 oktyabr 2024cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamış, tələbkar ərizə ilə müraciət edərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bundan sonra borclu barəsində MN №2088512 saylı, 07 oktyabr 2024-cü il tarixli protokol tərtib olunaraq, məhkəməyə verilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-2098/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu 30 aprel 2025-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, hazırki borclu olduğu icra vərəqəsi üzrə 70 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, borcu ödəməkdən imtina etmir, lakin öhdəliyində alimentin ödənilməsi ilə bağlı icra vərəqəsi olduğundan hazırda baxılan iş üzrə ödənişlərdə gecikmələr yaranmışdır. Ona müəyyən müddət vaxt verilərsə yaranmış borcundan ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. -Abşeron rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(012)-4373/2023 nömrəli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxsa məxsus 18 qram 1620 manat dəyərində komplekt dəst, 1 ədəd 8 qram 720 manat dəyərində sep, 1 ədəd 5 qram 450 manat dəyərində qolbaq, 1 ədəd 8 qram 720 manat dəyərində nişan üzük, 5 qram 450 manat dəyərində paxlava üzük, bu əşyalar olmadığı halda onların dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınıb, iddiaçıya verilməsi qət edilmişdir;

2. Abşeron rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(012)-4373/2023 nömrəli icra sənədi 21 avqust 2024-cu il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlama haqqında qərar qəbul edilmiş və tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(012)-4373/2023 nömrəli icra sənədi 21 avqust 2024-cu il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlama haqqında qərar qəbul edilmiş və tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

4. Tələbkar Zərərçəkmiş şəxs 07 oktyabr 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət etdiyi ərizədən görünür ki, borclu Şəxs tərəfindən icra vərəqəsi üzrə ona heç bir əmlak və ya onun dəyəri ödənilmədiyindən barəsində protokol tərtib olunaraq, məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur.

5. Abşeron rayon Məhkəməsinin 3(012)-2098/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qərarı ilə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir;

6. Tələbkar Zərərçəkmiş şəxs 13 dekabr 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət etdiyi ərizədən görünür ki, borclu Şəxs tərəfindən icra vərəqəsi üzrə ona heç bir əmlak və ya onun dəyəri ödənilmədiyindən barəsində protokol tərtib olunaraq, məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq müxtəlif bəhanələr qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar