Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1055/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, arəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, zibati tənbeh vermə barədə protokol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 iştirakı ilə xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in BDYPİ-nin YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi, polis mayoru X4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il saat 15:30 radələrində Ekologiya postunda 2 nəfər şəxs 5 dəqiqə aralıqla posta daxil olaraq postun iş rejimini pozacaq dərəcədə yüksək səslə təhqiramiz sözlər işlədərək maneçilik törətməyə başlamış, onları ayrı-ayrılıqda sakitləşdirərək nizam-intizama dəvət etməyə çalışsalar da, postu tərk etmək barədə dəfələrlə xəbərdar edilsələr də hər iki şəxs polisin qanuni tələbinə qanuni tabesizlik göstərmişdir. Odur ki, polis əməkdaşı tədbir görülməsi üçün raportla idarəyə müraciət etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu Mustafanın idarə etdiyi Chevrolet curuze markalı avtomobili Ekoloji Nəzarət postunun mühafizə olunan duracaqdan götürmək üçün getmişdir. Orada binanın qapısını açıb tanışı YPX inspektoru Pərvizi axtaran zaman bir nəfər YPX inspektoru ona qışqırmışdır, ona görə bu da onun üstünə qışqırdı. Sonra YPX əməkdaşları çağırıb onlara təhvil verdilər. Sonra da onu Abşeron Rayon Polis İdarəsinə gətirdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin BDYPİ-nin ENB-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il saat 15:30 radələrində Ekologiya postunda xidmətdə olarkən öncədən tanıdıqları 2 nəfər şəxs 5 dəqiqə aralıqla posta daxil olaraq postun iş rejimini pozacaq dərəcədə yüksək səslə təhqiramiz sözlər işlədərək maneçilik törətməyə başlamış, onları ayrı-ayrılıqda sakitləşdirərək nizam-intizama dəvət etməyə çalışsalar da, postu tərk etmək barədə dəfələrlə xəbərdar etsələr də hər iki şəxs polisin qanuni tələbinə qanuni tabesizlik göstərmişdir. Buna görə də onlar ərazi üzrə PPX əməkdaşlarının köməyi ilə həmin şəxsləri Abşeron RPİ-nin NH-nə gətirdillər. Burada məlum oldu ki, həmin şəxslərdən biri 2006-cı il təvəllüdlü Şəxs, digəri isə 1973-cü il təvəllüdlü X1r. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələbinə əməl etməmişdir. Lakin polis əməkdaşının qanuni tələblərinin Şəxs tərəfindən pozulmasının nədən ibarət olması müəyyən edilmir. Bu isə qeyd edilən maddənin tərkib əlamətini yaratmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasına dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(012)-1055/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1055/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver