Məhkəmə qərarları › İş №3(012)-1058/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1058/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1058/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında Protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1990–cı il tarixdə Fizuli rayonu,Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Fizuli rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Şərifzadə küçəsi ev 33, m.46-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 16 may 2024-cü il tarixdə saat 20:30 radələrində Abşeron rayonu,Saray qəsəbəsində yerləşən “Top” marketin yaxınlığında yaşayan X4 marketdə Zərərçəkmiş şəxs söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Şəxs 16 may 2024-cü il tarixdə saat 20:30 radələrində Abşeron rayonu,Saray qəsəbəsində yerləşən “Top” marketin yaxınlığında yaşayan X4 marketdə Zərərçəkmiş şəxs söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Hadisə barədə Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. Protokola texniki səhv olaraq talama sözü düşmüşdür. Həmçinin nəzərə çatdırmaq istəyir ki, il yarım öncə Elmarla Eldar arasında Eldarın mağazasından baş vermiş oğurluqla bağlı mübahisə düşmüşdür. Baş vermiş xırda xuliqanlıq inzibati xətası ilə bağlı inzibati xəta törədən şəxsin izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun daimi yaşamadığı evin(həmin ev onun qardaşına məxsusdur) yaxınlığında yerləşən “Top market” mağazını işlədir. Onunla aralarında uzun müddətdir narazılıqlar olmuşdur və həmin müddətdən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya getməmişdir. Bundan başqa o bildirdi ki, xx.xx.2024cü il tarixdə axşam saatlarında 9 yaşlı qızı marketdən nəsə almaq istədiyini ona demiş, o isə həmin marketə getməmiş və qızını marketə təkbaşına göndərmişdir. Lakin hava qaranlıq olduğu üçün özü də qızının arxasınca marketin yaxınlığına gəlmişdir. Daha sonra özü də marketə daxil olarkən orada Zərərçəkmiş şəxsla qarşılaşmış və Zərərçəkmiş şəxs onu təhqir edərək qızının gözü qarşısında onu marketdən çölə çıxarmış,ona bu marketə gəlməməyi barədə xəbərdarlıq etdiyini bildirmiş və onu qızının yanında təhqir etmişdir. Həmin vaxtı o da, ona qarşılıq olaraq onu təhqir etmişdir. Belə ki, qızının gözü qabağında bütün bunların baş verməsi ona pis təsir etmişdir. Protokola əlavə olunmuş izahatı onun özü yazmış və özü imzalamışdır. Baş verən hadisənin təşəbbüskarı o deyildir.Həmçinin nəzərə çatdırmaq istəyir ki, ailəsində gəlir gətirən şəxs yalnız özüdür,belə ki, o,taksi fəaliyyəti ilə məşğuldur. Həyat yoldaşı işləmir, himayəsində iki azyaşlı uşağı var və bir də xəstə anasına da o, baxır. Odur ki, barəsində ədaləti qərar verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Abşeron rayonu,Saray qəsəbəsində Top market mağazasını 3 ildir ki, işlədir. Elmar onun qonşuluğunda yaşayır. Belə ki, il yarım öncə onun mağazasından oğurluq olmuş və həmin oğurluq hadisəsini Elmar törətmişdir. Lakin o, ona həmin vaxtı güzəşt etmiş,hüquq mühafizə orqanlarına məlumat verməmişdir, lakin onu xəbərdar etmişdir ki, onun mağazasına birdə gəlməsin. Lakin Elmar bu xəbərdarlığa məhəl qoymadan onun mağazasına gəlmişdir, odur ki, o, mədəni tərzdə Elmarın onun mağazasından çıxmasını tələb etmişdir. Elmar onun etdiyi güzəştləri heçə sayaraq onu mağazanın qarşısında nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Hazırda Elmarla barışmamışdır və barışmaq da fikri yoxdur. Həmçinin qeyd etmək istəyir ki, hadisə baş verərkən mağazanın kamerasına düşmüş görüntülər vardır. Lakin kamera səs yazmadığı üçün görünütülərdən anlaşılmır. Odur ki, Şəxs qanuna müvafiq olaraq ağır cəza verilməsini xahiş etdi. İş üzrə şahid X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs mağazasında satıcı işləyir. O, 16 may 2024-cü il tarixdə axşam saatlarında işə gələrkən Elmarın uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Lakin Zərərçəkmiş şəxs Elmarın ünvanına hər hansı bir nalayiq ifadə işlətdiyini eşitməmişdir. İşdə olan 17 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola, işdə materiallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi,himayəsində iki azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. X4 fərdi əməklə məşğul olub ailədə tək gəlirgətirən şəxsdir, belə olan halda əgər ona İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq ediləcəyi təqdirdə, onun ailəsini maddi təminatına da zərər etmiş olar. Belə ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən birinci olaraq şəxsin islah olunmasına xidmət etməlidir. Eyni zamanda cəzaların tətbiqi məsələsi müzakirə olunarkən şəxsin ailəsinə də necə təsir edəcəyi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar