Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1059/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi. Nizami küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 13 iyun 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ilə bacısı X5 arasında yaşadıqları evdə ailə-məişət münasibətləri zəmnində, yəni birlikdə qalmaları üstündə baş vermiş mübahisə zamanı sonuncu əlləri ilə bacısı Zərərçəkmiş şəxs bədəninin müxtəlf nahiyələrinə vuraraq sol saidin və sağ baldırın qançırları, eləcə də boyun nahiyyəsinin və sol saidin sıyrıqları ilə nəticələnən, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Eyni zamanda baş vermiş mübahisə zamanı Aytac Məmmədova əsəbləşərək Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefonu sındıraraq ona 100 manat maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs barəsində inzibati protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 13 iyun 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ilə bacısı X5 arasında yaşadıqları evdə ailə-məişət münasibətləri zəmnində, yəni birlikdə qalmaları üstündə baş vermiş mübahisə zamanı sonuncu əlləri ilə bacısı Zərərçəkmiş şəxs bədəninin müxtəlf nahiyələrinə vuraraq, sol saidin və sağ baldırın qançırları, eləcə də boyun nahiyyəsinin və sol saidin sıyrıqları ilə nəticələnən, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Eyni zamanda baş vermiş mübahisə zamanı Aytac Məmmədova əsəbləşərək Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefonu sındıraraq ona 100 manat maddi ziyan vurmuşdur. Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Hal-hazırda onun evi olmadığı üçün məcbur qalaraq Zülfiyyənin valideynləri ilə birlikdə yaşadığı ünvanda yaşayır. Bununla bağlı aralarında mütəmadi olaraq mübahisələri baş verir. 13 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs evdə olarkən onu təhqir etdiyini görə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub yolaraq cırmaqlamışdır. Həmin vaxt onun nasaz vəziyyətdə olan telefonunu da sındırrmışdır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X2 onun bacısıdır. 13 iyun 2021-ci il tarixdə Aytac Sevdimalıyeva az yaşlı övladlarını təhqir etdiyi üçün müdaxilə etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı Aytac Sevdimalıyeva onun qol və boğaz nahiyyələrini əli ilə cırmaqlamışdır. Həmin vaxt Aytac ona məxsus “Redmi” markalı mobil telefonu sındıraraq ona 100 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda onlar barışmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Salman oğlu hüquqlarını müdafiə etdiyi şəxs ilə zərərçəkmiş şəxs arasında barışığın əldə olunmasını, zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş zərərin Şəxs tərəfindən tam şəkildə ödənilməsini əsas gətirərək sonuncu barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı Məmməd Cəfərov tərəfindən qəbul edilmiş 16 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 Abşeron rayon şöbəsi tərəfindən verilmiş 1232 saylı, 14 iyun 2021ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol saidin və sağ baldırın qançırları, eləcə də boyun nahiyyəsinin və sol saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 13 iyun 2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasına görə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş şəxsin ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Bununla belə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması və zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilməsi iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1059/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1059/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver