Məhkəmə qərarları › İş №3(012)-106/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-106/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-106/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5706001 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşin materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, inzibati xəta protokolu natamam tərtib olunduğundan geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu MMC-nin ünvanına çatdırılmamışdır. İşin materialında olan zərfin üzərində Şəxs MMC-yə ünvanlanmış məktubda ünvan, həmin hüquqi şəxsin hüquqi ünvanı deyildir. Şəxs MMC-nin ünvanı kimi ünvan 1kol tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə bildiriş göndərməmişdir, işidə belə bir sənəd yoxdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5706001 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5706001 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar