Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1060/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin X4 xx.xx.2024-cü il tarixli MN1612422 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin X4 xx.xx.2024-cü il tarixli MN1612422 saylı inzibati xəta haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlinin itirilməsi hallarında icbari sığorta haqqında Azərbaycan Respublikasının qanununa əsasən müvafiq risklərin icbari qaydada sığorta etdirmək vəzifəsini müəyyən edilmiş və o, tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığını əsas gətirilərək 1500 manat cərimə edilmişdir. Qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə icbari sığorta müqaviləsi bağlamış, həmin qurum tərəfindən isə ona bildiriş xx.xx.2024-cü il tarixdə saat 10-00 da göndərilib idarəyə dəvət olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, o müqavilə bağladığı halda cərimə olunmuşdur. Bu isə tam qanunsuzdur. Buna görə də həmin qərarın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN1612244 saylı inzibati xəta haqqında qərarından müəyyən edilir ki, X5 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlinin itirilməsi hallarında icbari sığorta haqqında Azərbaycan Respublikasının qanununa əsasən müvafiq risklərin icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş vəzifəli şəxs X5 tərəfindən sığortaçı ilə icbari sığorta müqavilə bağlamamışdır. O, qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X6 tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı Qərar icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X9 Xidmətinin hesabına ödənilməsinin təmin edilməsi, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcəyi bildirilmişdir. X5 xx.xx.2024-cü il tarixdə ATƏŞGAH Sıgorta şirkəti ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlinin itirilməsi hallarında icbari sığorta müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin X4 X3 xx.xx.2024-cü il tarixli MN1612422 saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. X5 xx.xx.2024-cü il tarixdə ATƏŞGAH Sıgorta şirkəti ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlinin itirilməsi hallarında icbari sığorta müqaviləsi bağlamışdır.inzibati xəta hadisəsi isə iş materiallarından göründüyü kimi şikayətçi tərəfindən icbari sığorta müqaviləsi baglananadək baş vermişdir.Şikayətverən barəsində X9 Xidmətinin X6 tərəfindən 01 may 2024-cü il tarixli inzibati xəta protokolu tərtib edilənədək protokolun tərtibində iştirak etməsi üçün xx.xx.2024-cü il və 01 may 2024-cü il tarix üçün iki dəfə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin X4 X3 xx.xx.2024-cü il tarixli MN1612422 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X9 Xidmətinin X4 X3 xx.xx.2024-cü il tarixli MN1612422 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1060/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1060/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver