Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1060/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirdi ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən "xxxx" MMC-yə göndərilmiş, sorğu rəsmi olaraq idarəyə 14 mart 2025-ci il tarixdə daxil olmuş, 17 mart 2025-ci il tarixdə də sorğuya vaxtında cavab verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inizbati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ-si tərəfindən "xxxx" MMC-yə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “Chevrolet Niva 2123L” minik markalı **-JU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 12:22 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx"nin Abşeron RPİ-yə ünvanladığı 128 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Chevrolet Niva 2123L” minik markalı **- JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X3 olması göstərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan "xxxx"nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan göründüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən "xxxx"nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “CHEVROLET NİVA 2123L” minik markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 12:22 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, "xxxx"nin Abşeron RPİ-yə ünvanladığı 163 nömrəli xx.xx.2024-cü il tarixli məktubla “Chevrolet Niva 2123L” minik markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün X3 olması göstərməklə, həmin məktub xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-yə göndərilmişdir. Göründüyü kimi "xxxx"nin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1060/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1060/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver