Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1061/2020 24.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X4 barəsində Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X4 ərizəsini onunla əsaslandırdı ki, x xxxx 2020-ci il tarixdə Bakı-Qazax avtomobil yolunun 233-cü kilometrliyində Ucar rayonu Əlikənd kəndində idarə etdiyi **-PJ-*** dövlət qeydiyyat nişanlı Şkoda Oktavia markalı avtomobili həmin ərazidə xidmət edən Vİİİ Tağım YPX əməkdaşları tərəfindən saxla əmri verilmiş və o tabelik göstərərək avtomobili yolun sağ kənarında saxlamışdır. YPX əməkdaşı kiçik serjant X1 təqdim etməyini bildirdikdə saxlama səbəbini bildirməyini tələb etmiş, o isə idarə etdiyi nəqliyyat vasitəsində qoruyucu vasitə olan maskadan istifadə etmədiyini əsas gətirərək, İnzibati xəta törətdiyimi bildirmiş, o isə öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində olan şəxslərin onun arvadı Xədicə Süleymanova və oğlu altı yaşlı Cəlal Süleymanov olduğunu bildirdikdə YPX inspektoru bu halın karantin rejiminin pozulması kimi hesab edildiyini qeyd etdi. O nə qədər bunun məntiqsiz, əsassız və qanunsuz olduğunu bildirsə də, inspektor iddianı sübut etmədən, əsaslandırmadan, müvafiq qanunvericilik aktlarına istanad etmədən sənədlərimi tələb etdi və barəsində İXM-nin 211.2 maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar verdi. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Məhkəmədən Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək, inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam veriləməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli qərarından görünür ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulması faktı aşkar edilmiş və nəticədə X4Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Baş X9 tərəfindən xx xxx 2020-ci il taixli qəran ilə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı təsdiqlənmişdir. Həmin qərara əsasən müəyyən edilmiş siyahıya görə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlər aşağıdakılardır: Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyy at vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər Jbu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatlann (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVTD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olur. Qeyd edilən qərardan da göründüyü kimi şəxsi istifadəmdə olan avtomobilim qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlər siyahısında yoxdur və belə olan halda öz ailə üzvülərim «tan avtomobildə maska taxılmasınm məcburi olmaması barədə qeyd edilən qərardan bixəbər olan polis məmurunun qanunsuz protokol tərtib edib qərar qəbul etməklə həm mövcud qanunvericilik aktlarını kobudcasına pozmuş, həm də mənim qanunla qorunan hüquqlarıma zərər vermişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Baş X9 tərəfindən xx xxx 2020-ci il taixli qəran ilə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı təsdiqlənmişdir. Həmin qərara əsasən müəyyən edilmiş siyahıya görə qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlər müəyyən edilmişdir. Azərbaycan ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi göstərilmişdir. Həmin yerlər-- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyy at vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər Jbu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatlann (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Məhkəmə belə hesab edir ki, X4 Azərbaycan Respublikası Baş X9 tərəfindən xx xxx 2020-ci il taixli qəran ilə qoruyucu tibbi maskaların taxılması tələblərinə riayət etdiyi üçün Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Dİ X10 Xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən barəsində qanunsuz olaraq tərtib etdiyi TP №3791352 saylı, x xxxx 2020-ci il tarixli qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1061/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1061/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver