Məhkəmə qərarları › İş №3(012)-1062/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1062/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1062/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Valeh qızının, X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Xudat şəhəri, Əbilov küçəsi, ev 7-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, İmran Qasımov küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6672/2022 nömrəli qətnaməsi qismən, iddianın təmin olunmamış (paltaryuyan maşın və qaz peçi adlı iki ədəd əmlaka aid) aid hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə çıxarılmış və bu hissədə iddia təmin edilmişdir. Cavabdehlər Şəxs və X5 1 ədəd “LG” markalı, 8kq tutumu olan paltaryuyan maşın və ya dəyəri 800 (səkkiz yüz) manat, 1 ədəd qaz peçi (İran istehsalı olan) və ya dəyəri 90 (doxsan) manat alınaraq iddiaçı X3 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6672/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1 ədəd çörək qızdıran mikrodalğalı soba -120 (yüz iyirmi) manat, yığılma mətbəx mebel dəsti -1250 (min iki yüz əlli) manat, 1 ədəd yataq mebel dəsti (1 ədədşfoner,1 ədəd taxt çarpayı, 2 əd yataq otağı üçün tumboçka, 1 ədəd yataq üçün termo - Türk istehsalı-qiyməti 4 250( dörd min iki yüz əlli) manat, 1 ədəd sandıq anası verən içində - pastel, prosten, dəsmallar, parçalar və S.-150 (yüz əlli ) manat, 1 ədəd sifariş əsasında sexdə yığılmış şkaf-pastel yığmaq üçün-70 (yetmiş) manat, 1 ədəd xalça - (İran istehsalı)yataq otağında qiyməti 150 (yüz əlli )manat, 1 ədəd xalça-yataq otağında (Merinos xalı firması alınma yeri: Sumqayıt şəhəri,17-ci mkr dairəsi yanı) qiyməti-150 (yüz əlli )manat, 1 ədəd qədimi xalça-böyük otaqda 1,5 x 2 metr ölçüdə qədimi qiyməti-450 (dörd yüz əlli )manat, 1 ədəd Şir formasında İran xalçası 75sm x 1,20 metr ölçüdə qiyməti- 75 (yetmiş beş )manat, 1 ədəd xalça-mətbəxdə 1,20x 1,70 metr ölçüdə adi xalı qiyməti-60 (altmış) manat, 1 ədəd tozsoran suynan işləyən qonşudan alınmış 2016-cı ildə -250 (iki yüz əlli) manat, 1 ədəd adi tozsoran - 90 (doxsan) manat, 1 ədəd istilik peçi radiator İran istehsalı - 120 (yüz iyirmi) manat, 1 ədəd ütü stolu Çin istehsalı - 55 (əlli beş) manat, 1 dəst taxt üçün yorğan-döşək dəsti 2 ədəd balınc - 1 ədəd döşək, 1 ədəd yorğan anası düzəldən 700 (yeddi yüz ) manat, 1 ədəd "Samsunq“ - televizor 2016-cı ildə alınıb; (istehsal-Koreya ) - 1250 (min iki yüz əlli) manat, “Hitaçi” soyuducu 2016-cı ildə alınıb - 1200 (min iki yüz) manat, yorğan-döşək dəsti-3 döşək, 2 yorğan, 3 balınc, 6 dənə işlənməyən döşəkcə, 1 ədəd uşaq yorğanı, 1 ədəd sintfon yorğan, 2 ədəd bahalı yorğan hazırda qanunsuz olaraq işlədirlər qiyməti - 1000 (min) manat, 4 ədəd ədyal (buxovu)-70 (yetmiş) manat (işlədilir), 1 dəst pakroval 20 (iyirmi) manat, işlədilən prosten və dəsmallar, 1 ədəd ev telefonu - 30 (otuz) manat, 1 ədəd divar saatı 30 (otuz) manat, 1 ədəd çarpayı açılıb-bağlanan işlənmiş İran istehsalı - 60 manat, qazan dəsti (balacalaşan) 5 dənəli Aeroportdan alınıb 2016-cı ildə - 70 (yetmiş) manat, 1 ədəd çaydan və çaynik dəsti 2 çaydan (karoçkada) və 3 çaynik (karobkada) - hazırda cavabdehlər işlədir - qiyməti 60 (altmış) manat, 5 ədəd qazan dəsti güllü 2016-cı ildə Aeroportdan alınıb- qiyməti 80 (səksən) manat, 2 ədəd alminum qazan yerli məhsul 2016-cı ildə alınıb -qiyməti 30 (otuz) manat, 1 ədəd tərəvəz qabı yerli məhsul 2016-cı ildə alınıb -qiyməti-10 (on) manat, 1 ədəd çörək qabı- 8 (səkkiz) manat, 1 ədəd qab yığılan plasmasdan-5 (beş) manat, 1 ədəd mərtəbəli qabaltı (padnos) 2016-cı ildə Aeroportdan alınıb- -80 (səksən) manat, 1 ədəd 1 çamadan qaşıq dəsti (istehsalı Türkiyə) 2016-cı ildə Aeroportdan alınıb - qiyməti 150 (yüz əlli) manat, büllur- (xrustal) -meyvə, konfet, güldan, bakal qablar- 1200 (min iki yüz) manat, 1 ədəd padnos (üçü birlikdə)-20 (iyirmi) manat, qonağ otağına aid çilçıraq (lüstur) 250 (iki yüz əlli) manat, 1 ədəd qazan (Tefal)-(20 iyirmi) manat, xeyli miqdar servant qabları (xrustalllar.baqema və s.), ət çəkən maşın (Gepas firması)-100 (yüz ) manat, çini qablar, konfet qabları, qaşıqlar, bıçaqlar, çəngəllər vazalar, bakkalar, balaca qazan dəstləri, sokçəkən Gepas firması-100 (yüz ) manat, blendr soğan çəkən 2016-cı ildə Aeroportdan alınıb -20 (iyirmi) manat, Madonna serviz çaynik dəstiÇexiya istehsalı, 2016-cı ildə Aeroportdan alınıb (çaynik-çaşka)-120 (yüz iyirmi) manat, Madonna nahar dəsti 2016-cı ildə Çexiya istehsalı, Aeroportdan alınıb (qara tarelka və buludlar) 300 (üç yüz ) manat, 12 ədəd xrustal stəkan nəlbəki-50 (əlli) manat, 12 ədəd armudu xrustal stəkan nəlbəki-30 (otuz) manat olan cehiz əşyalarının cavabdehlər Şəxs və X5 alınaraq iddiaçı X3 verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Şəxs və X5 müştərək qaydada alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra şöbəsinin icra məmuru X10 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəblərdən bu günədək icra etməmişdir. Halhazırda 890 Manat məbləğində borcun ödənilməsi borcludan tələb edilmiş və həmin borcu üzrsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, borc məbləğinin narurada oxşar əşyalalarla qaytarmaq istəyir, lakin tələbkar buna razı deyil, hazırda borcu 03 ay müddətinə ödəmək niyyətindədir, Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, iş üzrə borclu Şəxs ona hazırkı borcu 890 manat təşkil edir. Həmin məbləğ borclu tərəfindən bu günədək ödənilməmişdir və o, borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Sonda isə ərizə təqdim edərək qalıq 890 manat borcun 3 ay müddətində borclu tərəfindən ödənilməsinə möhlət verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Valeh qızı hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilmir. Belə ki, onun tərəfindən icra sənədinin icrası məqsədilə müxtəlif hərəkətlər edilmişdir. İcra məmuru tərəfindən isə bilavasitə Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair dəlillər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı Şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar