Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1063/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, 18 may 2021-ci il tarixdə saat 15:30 radələrində “Hyundai Sonata” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 18 may 2021-ci il tarixdə saat 15:30 radələrində həmin avtomobillə Abşeron rayonu, Vaz dairəsi istiqamətindən yeni yolla Saray qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə yolun sağ zolağında hərəkətdə olarkən “Radar”-a çatmamış, qarşısında 10 metr məsafədə eyni istiqamətdə hərəkət edən yük maşını manevr edib sol zolağa anidən çıxmış, həmin vaxt qarşıda yolun sağ kənarında dayanmış X1 idarə etdiyi “Tofaş Şahin” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə onun avtomobilinin qabaq sağ hissəsi toqquşmuş, nəticədə özü başın alın-təpə nahiyyəsinin səthi əzilmiş-sıyrılmış yarası, sağ mil sümüyünün tipik yerdən qapalı yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X2 isə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın alın, ənsə nahiyələrinin dərialtı hematomaları, sıyrığı, sol gözətrafı yumşaq toxumaların-sil üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançırı ilə muşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışlar Buna görə də Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə 01 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokol 01 sentyabr 2021-ci il tarixdə tərtib olunsa da baxılması üçün yenidən 01 iyul 2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, 18 may 2021-ci il tarixdə saat 15:30 radələrində “Hyundai Sonata” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 18 may 2021-ci il tarixdə saat 15:30 radələrində həmin avtomobillə Abşeron rayonu, Vaz dairəsi istiqamətindən yeni yolla Saray qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə yolun sağ zolağında hərəkətdə olarkən “Radar”-a çatmamış, qarşısında 10 metr məsafədə eyni istiqamətdə hərəkət edən yük maşını manevr edib sol zolağa anidən çıxmış, həmin vaxt qarşıda yolun sağ kənarında dayanmış X1 idarə etdiyi “Tofaş Şahin” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə onun avtomobilinin qabaq sağ hissəsi toqquşmuş, nəticədə özü başın alın-təpə nahiyyəsinin səthi əzilmiş-sıyrılmış yarası, sağ mil sümüyünün tipik yerdən qapalı yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X2 isə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın alın, ənsə nahiyələrinin dərialtı hematomaları, sıyrığı, sol gözətrafı yumşaq toxumaların-sil üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançırı ilə muşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışlar. Qeyd olunanlara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsi ilə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin, iş materialarından görünür ki, Şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 28 iyul 2021-ci il tarixdə qəbul edilmiş, Şəxs barəsində 01 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunsa da baxılması üçün 01 iyul 2022-ci il tarixdə məhkəməyə göndərilmiş və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulan müddət ötmüşdür. Ona görədə Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1063/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1063/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver